Köçəryan Sərkisyanın atmacasına cavab verdi
Bizi izləyin

Nida.az

Köçəryan Sərkisyanın atmacasına cavab verdi

Köçəryan Sərkisyanın atmacasına cavab verdi

Ermənistanın ikinci prezidenti Robert Köçəryan jurnalistlərə açıqlamasında yeni baş nazirlə bağlı fikirlərini bildirib.

“Media forum” saytının məlumatına görə, Köçəryan deyib ki, aprelin 13-də baş nazir təyin olunmuş Ovik Abramyan onun prezidentliyi dövründə yaxşı ərazi idarəçilik naziri-baş nazir müavini olub: “Necə baş nazir olacağını zaman göstərər. Ona qibtə olunmayan miras qalıb. Ürəkdən uğur arzulayıram”.

“Baş nazir Tiqran Sərkisyanın istefasından sonra prezident onun fəaliyyətini yüksək qiymətləndirdi, sizcə, bunun səbəbi nədir” sualına Köçəryan belə cavab verib: “Prezidentin Tiqran Sərkisyanın fəaliyyətinə necə qiymət verdiyini bilmirəm, amma görünür, onun işinin nəticələrinin buna dəxli yoxdur. İqtisadi göstəricilər hətta böhrandan əvvəlki göstəricilərdən də aşağıdır, ölkənin borcu üçqat artıb, yoxsulluq isə çoxalıb. Belə nəticələrlə qürrələnmək düzgün deyil”.

“Prezident hakim Respublika Partiyasının son iclasında açıq şəkildə sizə eyham vuraraq dedi ki, bəzi keçmiş yüksək rütbəli şəxslər öz uğurunu hazırkı hakimiyyətin süqutunda axtarır, sizin buna nə deyərdiniz” sualını sabiq prezident belə cavablandırıb: “Söhbət Serj Sərkisyanın subyektiv təəssüratlarından getdiyi üçün polemika aparmaq niyyətində deyiləm. Hazırkı hakimiyyətin məhsuldarlığı mənim Ermənistan Respublikasında və Dağlıq Qarabağda yüksək postlardakı fəaliyyətimin qiymətləndirilməsindən asılı deyil. Təəssüf edirəm ki, prezident ölkənin taleyindən əsl narahatlıq keçirənlərlə onun bərbad günə düşməsindən sui-istifadə edənlər arasındakı fərqi görə bilmir”.

Köçəryan 1992-1997-ci illərdə Dağlıq Qarabağ separatçılarına rəhbərlik edib, 1997-ci ildə Ermənistanın baş naziri təyin olunub, 1998-2000-ci illərdə ölkənin prezidenti olub.

Aprelin 3-də istefaya getmiş Tiqran Sərkisyanın baş nazirliyi dövründə o, hökuməti sərt tənqid edirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm