• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Köçəri Nağıbəyli: “Girdirmə” müxalifətlə bir yerdə olmayacağıq”

  • Nida.az
  • 22 Aprel 2014 15:49
  • 880 Baxış
Köçəri Nağıbəyli: “Girdirmə” müxalifətlə bir yerdə olmayacağıq”

“Biz bundan sonra da “girdirmə” müxalifətlə heç vaxt bir yerdə olmayacağıq”.

Bu barədə “El” hərəkatının sədr müavinin Köçəri Nağıbəyli Publika.Az -a açıqlamasında deyib.

Onun sözlərinə görə, “El”in hələ ki hansısa siyasi blokda təmsil olunmaq fikri yoxdur: “Hazırda qurultaya hazırlıq prosesi gedir. Təşkilatlanma prosesi gedir. Bütün məsələlər də qurultaydan sonra həll olunacaq. Hesab edir ki, “El” həm intellekt, həm sosial baza baxımından çox güclü təşkilat olacaq. Müxalifətdə də həqiqi müxalifət olan insanların hər biri ilə həm iki tərəfli, həm bir blokda, həm də demokratiya, insan haqlarının qorunması məsələlərində bir yerdə olacağıq. Ancaq “girdirmə” müxalifətlə heç vaxt əməkdaşlıq etməyəcəyik”.

K. Nağıbəyli qeyd edib ki, onlar həqiqi müxalifət hesab etdikləri siyasilər və partiyalarla Azərbaycanda ədalətli cəmiyyətin qurulması, dövlətçiliyin qorunması, ərazi bütövlüyünün bərpası məsələlərində əməkdaşlığı davam etdirəcəklər.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR