Nida.az
Xəzərin statusu suveren hüquqlara hörmət ruhunda həll edilməlidir
Azərbaycan əməkdaşlığın bütün sahələrinə, o cümlədən Xəzər dənizinin hüquqi statusuna dair məsələlərin Xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət ruhunda, qarşılıqlı tərəfdaşlıq, sülh vasitələri və danışıqlar yolu ilə həllinə sadiqliyini bir daha təqsdiq edir.
Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycanın bu mövqeyini XİN rəhbəri Elmar Məmmədyarov bu gün Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin iclasında deyib.
Nazir qeyd edib ki, bu ilin payızında Astraxanda nəzərdə tutulan
gündəliyin tam hazırlanması və Xəzəryanı dövlətlərin ölkə
başçılarının sammitində yekun sənədlərin qəbulu Xəzər probleminin
təməl prinsiplərinin razılaşdırılmasına dair gözəçərpacaq dərəcədə
irəliləyişə zəmin yaracaq və Xəzəryanı dövlətlərin əməkdaşlığı üçün
mövcud bazanı möhkəmləndirəcək.
Azərbaycan XİN rəhbərinin sözlərinə görə, Xəzər regionu
dövlətlərinin əməkdaşlığı üçün hüquqi bazanın möhkəmləndirilməsi
məqsədilə əhəmiyyətli iş görülüb. "Hazırda Xəzər dənizinin
hidrometeorologiyası sahəsində əməkdaşlıq haqqında saziş hazırlanıb
və imzalanmağa hazırdır. Bununla yanaşı Xəzər dənizində fövqəladə
vəziyyətlərdən xəbərdarlıq və onların aradan qaldırılması sahəsində
əməkdaşlıq haqqında saziş razılaşdırılıb. Həmçinin Xəzər dənizinin
bioloji resurslarının qorunub saxlanması və rasional istifadəsi
haqqında sazişin son uyğunlaşdırması üzərində ekspertlərin işi
davam edir".
Nazirin sözlərinə görə, şübhəsiz ki, nərə balığı növlərinin ovlanmasına moratoriumun elan olunması Xəzərin unikal dəyərlərinin gələcək nəsillərə ötürülməsi üçün şərait yaradacaq.
E.Məmmədyarov bildirib ki, 2010-cu ilin noyabrında Bakıda bütün Xəzəryanı dövlətlər tərəfindən Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişin ratifikasiyasının başa çatması bu sahədə tərəflərin sıx əməkdaşlığına yeni təkan verəcək.
Nazir qeyd edib ki, Azərbaycan sahilyanı dövlətlərin Xəzərin ətraf
mühitinin bugünkü vəziyyəti ilə bağlı ümumi narahatçılığını və
Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın
genişlənməsində marağını bölüşür.
Nazir qeyd edib: "Xəzər dənizinin ətraf mühitinin müdafiəsi üzrə
Çərçivə Konvensiyası və onun protokolları çərçivəsində görülmüş işi
yüksək qiymətləndiririk. Tərəflərdən birincisi kimi 2015-ci ilin
yanvarında katibliyi qəbul edəcək Azərbaycan onun gələcək uğurlu
işi üçün bütün lazımi şəraiti yaratmağa hazırdır".
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO