“Azərbaycan, Türkiyə və Gürcüstan bir yerdə olmalıdır”
Bizi izləyin

Nida.az

“Azərbaycan, Türkiyə və Gürcüstan bir yerdə olmalıdır”

“Sabitlik üçün Azərbaycan, Türkiyə və Gürcüstan bir yerdə olmalıdır”

Milli Məclisdə Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici Əlaqələr Komitələrinin nümayəndə heyətləri arasında üçtərəfli görüş keçirilib.

MM-dən Publika.Az verilən məlumata görə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qonaqları salamlayaraq ilk dəfə olaraq belə formatda görüşün keçirilməsini yüksək qiymətləndirib. Bildirib ki, regionda sabitliyin qorunub saxlanılması üçün Azərbaycan, Türkiyə və Gürcüstanın bir yerdə olması çox vacibdir. Bunun üçün parlament diplomatiyası daha səmərəli ola bilər və bu ölkələrin xalqlarına daha çox fayda gətirə bilər.

Söhbət zamanı belə görüşlərin mütəmadi keçirilməsinin vacibliyi vurğulanıb və bildirilib ki, bu görüşlərdə hər üç xalqın ümumi gələcəyi müzakirə mövzusu olacaqdır. Görüşlər zamanı əməkdaşlığın yeni elementləri müəyyən olunacaq, dondurulmuş münaqişələr, regional strategiya, sabitlik, təhlükəsizlik, ölkələrin ərazi bütövlüyü, iqtisadi böhranlara qarşı birlikdə davam gətirmə və digər mövzularda müzakirələr aparılacaqdır.

Sonra çıxış edən Türkiyə Böyük Millət Məclisinin Xarici İşlər Komitəsinin sədri Volkan Bozkır və Gürcüstan Parlamentinin Xarici əlaqələr Komitəsinin sədri Tedo Caparidze Azərbaycanın regiondakı rolunu yüksək qiymətləndirib və belə bir görüşün keçirilməsi təşəbbüsünü irəli sürdüyünə görə Azərbaycan tərəfinə təşəkkür ediblər. Söhbət zamanı növbəti görüşün Gürcüstanda keçirilməsi qərara alınıb.

Üçtərəfli görüşün sonunda Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici Əlaqələr Komitələri arasında Əməkdaşlığa dair Protokol imzalanıb.

Görüşdə Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Rasim Musabəyov, Asim Mollazadə, Cavanşir Feyziyev və Azər Kərimli iştirak ediblər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm