Çadır, saray, yoxsa “Facebook”: Müsavatın qurultay müəmması
Bizi izləyin

Nida.az

Çadır, saray, yoxsa “Facebook”: Müsavatın qurultay müəmması

Çadır, saray, yoxsa “Facebbok”: Müsavatın qurultay müəmması

Müsavat Partiyasının uzun zamandan bəri gözlənilən qurultayı mayın 24-ə təyin edilib. Lakin yer məsələsini əsas gətirən partiya qurultayın təxirə salınacağı fikirlərini də səsləndirirlər.


Burda ən diqqət çəkən məqam qurultayın partiya daxilində fikir ayrılığı yaratmasıdır. Bir qrup möhtəşəm yer ayrılmayana qədər qurultayın təxirə salınmasının istəyir, bununla razılaşmayan qrupsa nəyin bahasına olursa-olsun təxirə salınmaya qarşıdır.



"Ya çadır qurmaq lazımdır, ya da "Facebook"da qurultay keçirilməlidir"



İsa Qəmbərin müşaviri Səxavət Əlisoy Publika.Az-a açıqlamasında bildirib ki, Müsavat qurultayının çadırda, yaxud sosial şəbəkələrdə də keçirə bilər: "Artıq 4 ildir ki, qurultayın keçirilməsini gözləyirik. Əgər yer verilmirsə, başqa variant düşünmək lazımdır. Ya çadır qurmaq lazımdır, ya da ilkə imza ataraq "Facebook"da qurultay keçirməliyik. Bu mümkün olan şeydir. Vaxtilə sovet zamanı selektor-müşavirələr keçirilərdi. Bu sistem Qərb ölkələrində hələ də  qalmaqdadır. Biz da sosial şəbəkələrin imkanından istifadə edib bunu edə bilərik. Yaxud son variant kimi partiyanın qərargahı var. Bizə 3-4 saatlıq qurultay keçirmək lazımdır. Qurultay 10 gün sürməyəcək ki, yer məsələsi önəmli olsun. Qərargahda keçirək, qoy nümayəndələr aşıb daşsın, media da, digərləri də bunu görsün. Texniki çətinliklər olsun. Bu müddətdən sonra Müsavat saxta seçki keçirib imicini zədələməyəcək ki? Bir məkana görə qurultayı keçirməməkdə özümüzü qınayırıq. İki otaqlı mənzildə 5 ailənin övladı yaşayır. Onlar nə etməlidir, evdən çıxmalıdırlar? Artıq üzü yaya gedir, qış deyil ki, problem olsun. İstəsək qurultayı keçirə bilərik. Mən həmişə demişəm: Çobanın könlü istəsə təkədən pendir tutar".

"Müsavatda özünü böyük hüquqşünas hesab edənlər bunu düşünməlidir"

S. Əlisoy qeyd edib ki, Müsavat Partiyası Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmiş partiyadır: "Müsavatda özünü böyük hüquqşünas hesab edənlər də bunu düşünməli, məsələnin üzərinə getməlidir. Bu gün iqtidar normal yer vermir. Çünki istəmirlər ki, Müsavat güc nümayiş etdirsin. Bu da onların siyasətidir. Buna görə biz işimizi yarımçıq saxlamamalıyıq. Digər tərəfdən hesab edirəm ki, ötən il 9 oktyabr seçkilərindən sonra iqtidar müxalifətin vəziyyətini, ziddiyyətləri, didişmələri, düşmənçiliyi, bir-birini həzm etməməyi, siyasi liderlərin təkəbbürünü görür və müxalifətin gücünün hansı səviyyədə olduğunu bilir. Əgər indiki durumda güclü müxalifət olsaydı, eləcə də Müsavat güclü olsaydı, müəyyən anlamda hesablaşardılar. Güc sərgiləyə bilmədəyimiz üçün yer də verilmir".

"Meriya 10 gün ərzində cavab verməsə qurultay təxirə salına bilər"

Müsavat Divanının və Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Tural Abbaslı isə partiya yoldaşı ilə razılaşmır. T. Abbaslı Publika.Az-a açıqlamasında bildirib ki, 100 illik yaşı olan partiya nə üçün çadırda, yaxud sosial şəbəkələrdə qurultay keçirməlidir? Onun sözlərinə görə, 10 gün ərzində meriya cavab verməsə texniki baxımdan qurultay keçirmək mümkün olmayacaq.


"Biz mayın 24-də qurultay keçirmək istəyimizlə bağlı fevral ayından Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdik. Qanuna görə meriya bizə 15 gün ərzində cavab verməli idi. Özümüz partiya olaraq əvvəldən meriyaya müraciət etmişdik. Çünki qurultayın təyin olunduğu gündən ən azı bir aydan çox vaxt lazımdır ki, prosedur qaydalara uyğun texniki və digər məsələlər həll edilsin. Həmçinin bəzi hüquqi məsələlər var ki, qurultay gününün dəqiq bilinməsinə hesablanır. Amma təəssüf ki, bun günə qədər rəsmi cavab verilməyib. Bununla bağlı 1 saylı iqtisadi inzibati məhkəməyə müraciətə olunub. Şikayətimiz yer ayrılmamasından öncə, qanunda göstərilən müddətdə cavab verilməməsi ilə bağlıdır"-deyə o bildirib.
Divan üzvü qeyd edib ki, meriya onlara 10 gün ərzində cavab verməsə qurultay yenidən təxirə salına bilər: "Biz istəyirik ki, möhtəşəm qurultay keçirilsin, siyasi sferaya canlanma gəlsin. Amma təəssüf ki, hakimiyyət aktivlik istəmir".

"Necə qəbul etmək olar ki, Rəsulzadənin partiyası qurultayını çadırda keçirsin"

Partiya daxilində yerlə bağlı fikir ayrılığına gəlincə, T. Abbaslı bunu normal qarşıladıqlarını deyib. Bildirib ki, daha bir təklif başqa ölkədə, misal üçün Gürcüstanda keçirilməsi ilə bağlıdır.
"Amma Müsavat 100 ilin partiyasıdır. Necə qəbul etmək olar ki, Rəsulzadənin partiyası qurultayını çadırda keçirsin.  Yəni bu qədərmi qəliz məsələdir ki, Müsavat qurultayını kustar üsullarla keçirsin, tarixə düşsün ki, qurultay açıq havada, meşədə, bağda, çadırda keçirildi. Biz Azərbaycan siyasətinə hakimiyyət-müxalifət normativlərinin gətirilməsinin tərəfdarıyıq. Hakimiyyət müxalifətə dağıdıcı qüvvə kimi yox, rəqibi, opponenti kimi baxmalıdır. Məsələ təkcə başqan seçilməklə deyil. Guya başqası gəlsə İsa Qəmbərdən daha demokratik olacaq. Mən Səxavət bəyin də, digərlərinin də fikirlərinə hörmətlə yanaşıram.  Lakin çadırda, yaxud öz qərargahında qurultay keçirmək xətrinə qurultayın keçirilməsini qəbul etmirəm. Rəsulzadənin, Nəsib bəy Yusifbəylinin adına uyğun qurultay keçirilməlidir"-deyə Divan üzvü vurğulayıb.

Asif Nərimanlı

 

 

Oxumağa davam et
Reklam
Reklam

Gündəm