Nida.az
"Yollarda yarışa çıxan məmur övladları cəmiyyətə meydan oxuyurlar" - VİDEO
Son günlər məmur, deputat övladları, eləcə də bəzi nazirlərin qohumları Bakı küçələrində sanki “formula-1” yarışına çıxırlar.
Bununla bağlı dövlət başçısı dəfələrlə xəbərdarlıq etsə də,
hətta bəzi məmurları övladlarının hərəkətlərinə görə vəzifəsindən
uzaqlaşdırsa da, belə halların hələ də şahidi oluruq.
Nazirin qardaşı oğlundan “formula-1” şousu
Musavat.com saytının bu gün yaydığı xəbərdə isə məmur qohumunun
oğlunun Baskı küçələrində avtoşluq görüntüləri yayılıb. Belə ki,
saytın yaydığı videoda avtomobillərin çox sürətlə hərəkət etdiyi
görünür. Hətta, bəzi vaxtlarda sürət saatda 260 kilometrə qədər
çatır.
Videonu saytın redaksiyasına göndərən oxucu iddia edir ki, videoda dövlət nömrə nişanı (10-AZ-458) aydın şəkildə görünən “Mersedes S class” avtomobili nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun oğlu Elnura məxsusdur.
Qeyd edək ki, video “YouTube” portalına ötən ilin noyabrında yüklənib.
Bundan iki gün öncə isə Elton Məmmədovun digər oğlu - Aynar Məmmədovun da “avtoş”luq görüntüləri yayılmışdı.
“Əyri yollarla qazandıqları pullarla bahalı maşınları alıb
gətirirlər, yollarda şütüyürlər”
Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov isə
Publika.Az-a açıqlamasında bildirib ki, bu həm hüquqi, həm də
əxlaqi pozuntudur. Onun sözlərinə görə, dövlət başçısı dəfələrlə
belə hallarla bağlı xəbərdarlıq edib: “Prezident dolayısı yolla “ay
balalar, sizin dədələrinizi mən vəzifəyə qoymuşam, niyə
harınlayırsınız” deyir. Hesab edirəm ki, bu adamların yiyələrini,
böyüklərini başa salmaq lazımdır ki, uşaqlarına sahib çıxsınlar.
Siz kimsiniz ki, cəmiyyətə meydan oxuyursunuz? Məsuliyyət yoxdur.
Əyri yollarla qazandıqları pullarla bahalı maşınları alıb
gətirirlər, istədikləri kimi yollarda şütüyürlər. Burda insanların
həyatları təhlükəyə girir. Sabah vurub kimisə öldürürlər, sonra da
hansısa yolla cəzadan qurtarırlar”.
“Bakıya “uçan maşın” gətirib göydə uçacaqlar”
Ekspert qeyd edib ki, bu məmur övladları sabah Bakıya “uçan maşın”
gətirib göydə uçacaqlar.
Ə. Hüseynov burda digər məqama da diqqət çəkib. Bildirib ki,
paytaxtın küçələri kameralarla doludur: “Nə üçün bu videolar
mediada, sosial şəbəkələrdə yayılmayana qədər bu adamlar
məsuliyyətə cəlb edilmir. Burda iki variant var: Birincisi və ən az
ehtimalı ediləni odur ki, bu adamlar sakit formada məsuliyyətə cəlb
edilib cərimələnirlər. İkinci və ən çox ehtimal edilən variant isə
onların məsuliyyətə cəlb edilməməsidir. İkinci variantın üzərində
ona görə çox dayanıram ki, bu adamlar belə hərəkətləri hər gün hər
yerdə edirlər”.
“Bahalı nömrəli maşının sahibi deyəcək ki, bu da işıqforda
dayansın, mən də?!”
Ekspert bahalı nömrələrə də toxunub.
“Qanunda “bərkgedən” nömrənin dövlət rüsumunu artırdılar.
Hazırda kasıbın maşınına vurduğu nömrənin dövlət rüsumu 22 manat,
10-AZ-458 kimi nömrələrin dövlət rüsumu isə ən azı 2500 manatdır.
Sabah 22 manatlıq nömrə ilə 2500 manatlıq nömrənin sahibləri
işıqforda dayananda, bahalı nömrəli maşının sahibi deyəcək ki, bu
da işıqforda dayansın, mən də?! Sürüb gedəcək. Bu məqamları unutmaq
lazım deyil”-deyə ekspert diqqətə çatdırıb.
Asif
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO