• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Azay Quliyev Şirvanda seçiciləri ilə görüşdü

  • Nida.az
  • 23 Aprel 2014 21:38
  • 481 Baxış
Azay Quliyev Şirvanda seçiciləri ilə görüşdü

Milli Məclisin deputatı Azay Quliyev Şirvan şəhərində seçiciləri ilə növbəti görüşünü keçirib.

Gənclərin sayca üstünlük təşkil etdiyi görüşdə millət vəkili əvvəlcə qəbula gələn Şirvan sakinlərinin müraciət və şikayətlərini dinləyib və üzləşdikləri problemlərin həlli istiqamətində müvafiq qərarlar qəbul edib.

Daha sonra Şirvan gəncləri ilə səmimi söhbət edən millət vəkili onları narahat edən məsələlərlə maraqlanaraq, qarşılaşdıqları problemlər, Şirvan şəhərinin ictimai-siyasi həyatında daha aktiv iştirakları üçün rəy və təkliflərini dinləyib.

Görüş zamanı uğurlu dövlət-din siyasətinin nəticəsi kimi ölkəmizdə dini tolerantlıq mühitinin yaradıldığı, dövlət-din münasibətlərinin beynəlxalq hüquq normalarına uyğun tənzimləndiyi barədə fikir mübadiləsi aparılıb, millət vəkili Şirvan şəhərində qeyri-ənənəvi təriqətlərin təbliğatının qarşısının alınmasında, milli-mənəvi dəyərlərin və tolerant mühitin qorunub saxlanmasında gənclərin daha aktiv fəaliyyət göstərmələrinin vacibliyini bildirib.

A.Quliyev gənclər tərəfindən irəli sürülən mədəni tədbirlərin keçirilməsi, kütləvi idman yarışlarının təşkili, böyük beynəlxalq layihələrin şəhər gənclərini əhatələməsi istiqamətində verilən təklifləri ətraflı araşdıracağını və onların tezliklə həllinin tapılması üçün müvafiq addımlar atacağını bildirib.

Elə həmin gün Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində A.Quliyevin təşəbbüsü ilə xarici donorların maliyyə vəsaiti hesabına tikiləcək tibb məntəqəsinə ayrılan ərazidə olub, qəsəbə bələdiyyə sədri və İH nümayəndəsi ilə texniki-təşkilati məsələləri müzakirə edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR