“Bu seçkilərdə də kvota alveri olacaqsa...”
Bizi izləyin

Nida.az

“Bu seçkilərdə də kvota alveri olacaqsa...”

“Bu seçkilərdə də kvota alveri olacaqsa...”

“Təcrübə göstərir ki, partiyaların blokları uğursuz olur. Hesab edirəm ki, parlament seçkilərində müxalifət 125 dairə üzrə namizədlər seçərək vahid seçki bloku yaratmalıdır”.

Bu barədə “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Publika.Az-a açıqlamasında müxalifətin qarşıdakı dönəmdə birlik məsələsinə toxunarkən deyib.

Ə. Oruclu qeyd edib ki, bu, optimal variantlardan biridir: “Lakin kvota alveri edilməməlidir. Bu partiyadan 30, o birisindən 25 namizəd olsun, yaxud əksinə. Əgər bu seçkilərdə də kvota alveri olacaqsa, heç nə əldə edilməyəcək, perspektiv olmayacaq”. Onun sözlərinə görə, birləşmə, parçalanma tendensiyası o qədər ardıcıl olub ki, cəmiyyətdə neqativ effekt doğurub. Politoloq əlavə edib ki, yaradılmalı olan vahid seçki bloku heç bir partiyadan asılı olmamalıdır.

“Ölkənin siyasi sistemində problem var. Azərbaycan siyasəti böhran içindədir. Söhbət təkcə müxalifət, yaxud iqtidar siyasətindən getmir. Söhbət bütünlükdə ölkənin siyasi sistemindən gedir. Hazırki sistemi siyasi sistem adlandırmaq çətindir. Siyasi sistemin münasibətləri qanunlara, qaydalara söykənməlidir. Demokratik dünyada nəzarətlər və balanslar sistemi var ki, bu olmayan yerdə siyasi sistemdən danışmaq yersizdir. Ona görə bu şəraitdə istənilən birliklər perspektivsiz olacaq”-deyə Ə. Oruclu bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm