Minskdə Azərbaycanın son 10 ili müzakirə ediləcək
Bizi izləyin

Nida.az

Minskdə Azərbaycanın son 10 ili müzakirə ediləcək

Minskdə Azərbaycanın son 10 ili müzakirə ediləcək

Aprelin 25-də Belarusun Minsk şəhərində rus tarixçisi Stanislav Çernyavskinin “Azərbaycan tarixinin 10 ili: 2003-2013-cü illər” kitabının təqdimat mərasimi keçiriləcək.

Milli Məclisin mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, tədbirdə parlamentin komitə sədrləri Eldar İbrahimov və Əli Hüseynli iştirak edəcəklər.

Kitabda Azərbaycanın 2003-2013-cü illər ərzində keçdiyi inkişaf yolundan, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət kursundan bəhs edilir. Əsər həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda maraqla qarşılanıb və bir sıra ölkələrdə onun təqdimat mərasimləri keçirilibdir.

Təqdimat mərasimində Belarusun dövlət qurumlarının, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun və yerli ictimaiyyətin nümayəndələri, KİV təmsilçiləri, Azərbaycan diasporunun üzvləri və tələbələr iştirak edəcəklər.

Kitab Azərbaycan həqiqətlərinin dünya ölkələrinin ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm