Fazil Mustafadan Orduxanlıya cavab: “Molla Ərdoğan” ifadəsi...”
Bizi izləyin

Nida.az

Fazil Mustafadan Orduxanlıya cavab: “Molla Ərdoğan” ifadəsi...”

Fazil Mustafadan Orduxanlıya cavab: “Molla Ərdoğan” ifadəsi...”

BQP sədri, millət vəkili Fazil Mustafa BAXCP sədrinin müavini Niyaməddin Orduxanlıya yenidən cavab verib.

Publika.Az xəbər verir ki, F. Mustafa bildirib ki, kim olmağından, hansı cinahda olmağından asılı olmayaraq böhtançılıq insani keyfiyyət deyil: “Özünü dost kimi göstərib içində böhtançı duyğular daşıyanların bir nümunəsini təqdim edirəm ki, bu yanlış əməllərdən çəkinsinlər”.

F. Mustafa Niyaməddin Orduxanlının onunla bağlı fikirlərini paylaşıb.
“Fazil bəy, yazırsınız ki, prezident Ilham Əliyev Türkiyənin baş naziri ilə səmimi münasibət qurur. Prezident İlham Əliyev Azərbaycan Respubikasının Prezidentidir. O Rusiya prezidenti Putinlə də, ABŞ prezidenti Barak Obama ilə də səmimi münasibət qurur və bu başa düşüləndir. Axı siz müxalifət partiyasının sədrisiniz. Siz niyə Ərdoğanı yorulmadan və dayanmadan müdafiə edirsiniz?!

Sizi Ərdoğanla nə bağlayır ? Niyə bu dərəcədə Ərdoğanın müdafisəsi ilə bağlı yazılar yazırsınız? Ola bilərmi ki, siz Türkiyədə yaşayan zamanlarda Ərdoğan hakmiyyətinin sizə köməyi dəyib? Maddi dəstəkdən tutmuş, mənəvi dəstəyə qədər...Bir də niyə molla Ərdoğan sözünü təhqir hesab edirsiniz? Ermənilər iddia edir ki, bizim Türk babalarımız vəhşi olub və soyqırım törədib. Bütünn dünyaya uzun müddətdir ki, bu təbliğ edirlər. Bununla Ərdoğan ermənilərə nə demək istəyir”.

Ardınca millət vəkili buna cavab olaraq deyib ki, mən 1995-1998-ci illərdə Türkiyədə, Ankarada yaşamışam və mərhum Əbülfəz Elçibəyin özəl təmsilçisi olmuşam.

“Hansı maddi çətinliklər içində yaşadığımı da ən azı rəhmətlik Elçibəyin yaxın çevrəsində olanlar bilir və o zaman Ərdoğan hakimiyyətdə deyildi, İstanbul bələdiyyə başqanı idi. 2003-cü ildə hakimiyyətə gəlib. İndiyədək Ərdoğanla əl sıxıb belə görüşməmişəm. Görüşəndə mütləq özündən soruşaram ki, bəlkə məndən xəbərsiz mənə hansısa maddi və ya mənəvi dəstək verib? İki aydır Ərdoğanın türk məktəblərinın bağlanması ilə bağlı siyasətini tənqid edirəm, halbuki bu adamlar Azərbaycanda yüksək təhsil verən insanlara “nurçu” damğası vurub hər gün olmazın böhtanlarını yağdırırlar. Bununla belə, qardaş ölkə olaraq Türkiyənin inkişafına Azərbaycan qədər sevinirəm, dəstək verirəm. Ərdoğanın da, Baxçəlinin də, Kılıçdaroğlunun da yaxşı addımlarını da təqdir edirəm. Bütün hallarda Türkiyə kimi qardaş dövlətin baş nazirinə Azərbaycanın siyasi partiyalarının birinin rəhbərliyində təmsil olunan şəxsin “molla Ərdoğan” ifadəsini işlətməsi ciddi bir etikasızlıqdır. Unutmaq lazım deyil ki, həmin “Molla Ərdoğan” həm də BMT tribunasından Qarabağ məsələsini, Xocalını hayqıran şəxsdir. Bu cür bəsit vətənpərvərlik şousu ilə Azərbaycan-Türkiyə münasibətlərini zədələməyə kimsənin haqqı yoxdur”- deyə F. Mustafa qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm