Məzahir Pənahov: “Referendum öz şəffaflığına görə dünyaya nümunə olacaq”
Bizi izləyin

Nida.az

Məzahir Pənahov: “Referendum öz şəffaflığına görə dünyaya nümunə olacaq”

“Azərbaycanda keçirilən referendumda böyük seçici fəallığı qeydə alınıb”.

"Azərbaycanda keçirilən referendumda böyük seçici fəallığı qeydə alınıb".

Publika.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklər edilməsi məqsədi ilə baş tutan ümumxalq səsverməsinin (referendum) nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında çıxışı zamanı bildirib.

M.Pənahov deyib ki, beynəlxalq müşahidəçilər də referendumla bağlı öz mövqeylərini açıqlayıb.

Onun sözlərinə görə, referendumda 2600-ə yaxın müxalifət partiyalarının və müstəqil qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak edib: "Azərbaycan müşahidəçilərinin də müraciətləri Mərkəzi Seçki Komissiyasına (MSK) daxil olmaqdadır. Seçkilər çox yüksək səviyyədə hazırlanıb və keçirilib. Bu seçkilərdə məsul olan MSK və digər dövlət orqanların böyük zəhməti ilə referendum yüksək səviyyədə baş tutub. Biz referendumla bağlı müsbət rəyləri bir sıra beynəlxalq təşkilatlarının hesabatlarında da gördük. Mən həmin məsul dövlət orqanlarına da təşəkkür edirəm. Onlar çox peşəkar şəkildə hərəkət edərək, Azərbaycanda şəffaf referendumun təşkilində iştirak ediblər. Bu referendumda öz şəffaflığı və aşkarlığına görə dünyaya nümunə olacaq səsvermə olub. Bundan əlavə, media da referendumla bağlı yüksək peşəkarlıq nümayiş etdirib. Mən jurnalistlərə də təşəkkür edirəm. Beynəlxalq qurumlar da Azərbaycanda keçirilən referendumu izləyərək, peşəkar rəy veriblər. Bununla da Azərbaycanda daha bir tarixi səsvermə yüksək aşkarlıq şəraitində şəffaf şəkildə başa çatıb".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm