MSK sədri: “Belə hallar səsvermənin ümumi gedişinə kölgə sala bilməz”
Bizi izləyin

Nida.az

MSK sədri: “Belə hallar səsvermənin ümumi gedişinə kölgə sala bilməz”

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycan Konstitusiyasına dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində bəzi məntəqələrdə qutuya topa bülleten atılması və bir şəxsin iki dəfədən artıq səsverməsini əks etdirən video-görüntülərə münasibət bildirib.

Publika.az xəbər verir ki, MSK sədri Məzahir Pənahov sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklər edilməsi məqsədi ilə baş tutan ümumxalq səsverməsinin (referendum) nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, sözügedən hallar MSK tərəfindən izlənilib:

"Bununla bağlı müvafiq araşdırmalar aparılıb, lazımı tədbirlər görüləcək. Əgər hər hansı pozuntu aşkar olunarsa, həmin məntəqələrin nəticələri ləğv ediləcək. Bu işdə məsulyyətli olmaq lazımdır. Ölkə rəhbərliyi bu məsələdə necə diqqətli və məsuliyyətlidirsə, ayrı-ayrı dairə və məntəqə sədrləri də işlərində məsuliyyətli olmalıdır. Bu cür hallar səsvermənin ümumi gedişinə kölgə sala bilməz. Arzu edərdik ki, bu hallar baş verməsin. Biz səsverməni beynəlxalq standartlara uyğun təşkil etmişik".

M.Pənahov həmçinin qeyd edib ki, Mərkəzi Seçki Komissiyasına səsvermə ilə bağlı hər hansı şikayət daxil olmayıb:

"Beynəlxalq müşahidə missiyaları səsvermənin gedişini müsbət qiymətləndiriblər. Səsvermə yüksək səviyyə hazırlanıb və keçirilib. Biz dövlət orqanları ilə əməkdaşlıq edirik. Çünki seçkidə onların da üzərinə müəyyən məsuliyyət düşür. Həmin dövlət orqanlarına minnətdarlığımı bildirirəm. Onlar peşəkarcasına proseslərin idarə olunmasında iştirak etdilər. Protokollar bundan sonra da araşdırılacaq. Əgər bizə hər hansı şikayətlər daxil olacaqsa, onlara mütləq baxılacaq".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm