Biri öldü, o biri alçaltdı, Türkiyə Qarabağda... GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida.az

Biri öldü, o biri alçaltdı, Türkiyə Qarabağda... GÜNÜN SİYASİ XÜLASƏSİ

Rusiyanı məşhur “Soverşenno sekretno” (Tam Məxfi) nəşri Qarabağ münaqişəsi barədə təhlükəli xəbərdarlıq edib.

Ermənistanda sentyabrın 21-də keçirilən hərbi parad zamanı nümayiş olunan "İsgəndər-M" raket komplekslərihələ də beynəlxalq siyasi və hərbi ekspertlərin diqqət mərkəzidndədir. Əlli illik bir dövrdə İsrailin siyasi həyatında yer alan Şimon Peres həyatını itirdi. Suriyada isə "barbarlıq" davam edir. Rusiyanı məşhur "Soverşenno sekretno" (Tam Məxfi) nəşri Qarabağ münaqişəsi barədə təhlükəli xəbərdarlıq edib.

Şimon Peres vəfat etdi

İsrailın sabiq prezidenti Şimon Peres 93 yaşda dünyasını dəyişib. Peres sentyabrın 13-də insult keçirmiş və xəstəxanaya yerləşdirilmişdi.

Keçmiş prezidenti müalicə edən həkim və Peresin kürəkəni Rafi Valdman bildirib ki, "Şiba" klinikasının həkimləri Peresin ölümqabağı ağrılarını azaltmaq üçün hər şeyi ediblər. Həmçinin o, qeyd edib ki, siyasətçinin öz iradəsinə əsasən, onun orqanları bağışlanacaq.

İsrail prezidenti Reuven Rivlin Ukrayna səfərini yarımçıq kəsərək vətənə qayıdıb. Bu gün İsrail hökuməti Pereslə vida mərasiminin təşkilinə həsr edilmiş xüsusi iclas keçirib. "Haaretz"ın məlumatına görə, dəfn sentyabrın 30-da olacaq.

Şimon Peres İsrailin doqquzuncu (1984-1986) və on ikinci (1995-1996) baş naziri olub. Onun prezidentliyi dövrü 2007-2014-cü illəri əhatə edir. O, 12 il ərzində hökumətdə müxtəlif vəzifələr tutub. Ən qoca İsrail siyasətçisi və dövlət xadiminin karyerası 70 ildən çox davam edib. Peres Yasir Ərəfat və İsak Rabinlə birgə 1994-cü ildə Nobel Sülh mükafatına layiq görülüb.

Ölənə qədər gənc qalan, dünyanın gizli tarixinə çatmaq istəyən PATRİARX

Fələstinlilər onu ən böyük düşmən, yəhudilər böyük lider hesab edirdi. Bizim üçünsə Şimon Peres "one minute" məsələsindən sonra daha da məşhurlaşdı. Ona qədər Peresi Azərbaycanın daha çox siyasi cameə tanıyır, geniş ictimaiyyətin o qədər də məlumatı yox idi.

2009-cu ildə Davos İqtisadi Forumunda o zaman Türkiyənin Baş naziri olan Rəcəb Tayyip Ərdoğanla aralarında olan qarşıdurma, Ərdoğanın Peresi sərt tənqidi, tədbirin moderatoruna "one minute" reaksiyası türk lideri ilə yanaşı, Peresi də məşhurlaşdırmışdı. Halbuki, Şimon Peres dünya siyasətində öz çəkisi olan şəxslərdən idi... (http://publika.az/news/dunya/170117.html).

"İsrail prezidenti ukraynalıları alçaltdı" – ÜZR TƏLƏBİ

İsrailin hazırkı prezidenti Reuven Rivlin isə ukraynalıları qəzəbləndirib. Ukraynanın Radikal Partiyasının lideri Oleq Lyaşko İsraili ukraynalılar barəsində deyilən sözlərə görə üzr istəməyə çağırıb.

Partiya sədri Reuven Rivlinin ukraynalıları alçaltdığını bildirib.

Ukrayna Ali Radasında çıxışı zamanı Rivlin bildirib ki, II Dünya Müharibəsi zamanı Ukrayna millətçiləri yəhudilərə qarşı cinayətlərin törədilməsinə kömək ediblər.

"Rivlinin çıxışı ukraynalıları alçaldır, buna görə də mən İsrail prezidentini dövlətimizdən və xalqımızdan üzr istəməyə çağırıram. Bundan başqa, Knesset (İsrail parlamenti – red.) Ukrayna xalqının soyqırımını – Qolodomoru tanımalıdır. Ali Rada hələ 2008-ci ildə yəhudilərin soyqırımını tanıyıb", - o, "Facebook"da səhifəsində yazıb (http://publika.az/news/dunya/170101.html).

İrəvan Qarabağda bunu etsə... - NATO Ermənistanı bombalayacaq

Ermənistanda sentyabrın 21-də keçirilən hərbi parad zamanı nümayiş olunan "İsgəndər-M" raket kompleksləri beynəlxalq siyasi və hərbi ekspertlərin diqqətini yenidən Rusiya və NATO münasibətlərinə yönəldib.

Beynəlxalq ekspertlər Rusiyanın Ermənistan ərazisində "İsgəndər-M" raketlərini NATO təhdidinə qarşı yerləşdirdiyini düşünürlər.

"Regional Sabitlik və Təhlükəsizlik Mərkəzi"nin məlumatına görə, bu ilin may ayında Rumıniyanın Deveselu şəhərində yerləşən hərbi bazada NATO-nun "Aegis" yerüstü RMS kompleksinin açılışı və bundan dərhal sonra Polşanın Redzikovo ərazisində analoji komplekslərin tikintisinə başlanması Rusiyanı qorxuya salıb.

Moskva bəyan edib ki, NATO-nun Avropada raketdən müdafiə sistemi yerləşdirməsi Rusiyanın milli təhlükəsizliyi üçün təhlükədir və regionda strateji sabitliyi pozacaq. Bundan sonra Rusiya təhlükəsizlik məqsədi ilə əlaqədar "İsgəndər-M"lərdən" istifadə olunacağına dair NATO-ya xəbərdarlıq edib.

Beynəlxalq ekspertlərin gəldiyi qənaətə görə, bu gün Rusiyanın "İsgəndər" raket sistemlərini Ermənistanda yerləşdirməsi bu ölkənin özünə qarşı acıq təhlükə faktoru yaradacaq. Belə ki, Rusiyanın NATO ilə mümkün qarşıdurma halında NATO-nun ilk hədəfi Rusiyanın raket artilleriya sistemlərini sıradan çıxarmaq olacaq. Bu da Rusiyanın bufer zona seçdiyi Ermənistan ərazisinin hədəf olaraq vurulması deməkdir.

Digər tərəfdən, NATO "İsgəndər-M"lərdən istifadə zamanı da Ermənistanı hədəfə ala bilər. Ermənistan "İsgəndər-M"dən Qarabağda baş verə biləcək müharibədə istifadə edə biləcəyini gizlətmir. Bu isə NATO-nun da prosesə müdaxiləsi ilə nəticələnə bilər.

Region hərbiləşir, Türkiyə Qarabağda... - "Tam Məxfi"

Rusiyanın sərhədləri boyunca gərginlik qövsü yaradılır. Bu barədə Rusiyanı məşhur "Soverşenno sekretno" (Tam Məxfi) nəşri yazıb.

Nəşr Türkiyədəki 15 iyul dövlət çevrilişinə cəhddən sonra regionda baş verənlərə diqqət çəkib.

"İrəvanda polis binası tutuldu. Oxşar hadisələr Abxaziyada yaşandı. Həmçinin, Qazaxıstanda sabitlik pozuldu. Bu hadisələrin ümumi nöqtəsini axtarmaq səhv ola bilər. Xüsusilə Ermənistanda iqtisadi problemlər fonunda baş verənlər bu ölkənin daxili məsələsi idi. Lakin regiondakı ölkələrdə, xüsusilə Rusiya sərhədləri ətrafında eyni anda baş verənlər diqqət çəkir", - deyə nəşr yazır.

Nəşr bunun fonunda Dağlıq Qarabağ münaqişəsinə diqqət çəkib(http://publika.az/news/nida/170153.html).

Azərbaycan 300 km-lik hədəfi məhv edən raket alır

Azərbaycan Belarusdan 300 kilometrlik məsafəni hədəf alan yeni raket qurğusu alır.

Bu barədə ADEX 2016 II Azərbaycan Beynəlxalq Müdafiə sərgisində iştirak edən Belarusun "Volatavto" şirkətindən məlumat verilib. Bildirilib ki, 2016-cı ildə istehsal edilən yeni raket qurğusu ilin sonunadək satışa çıxarılacaq.

Azərbaycan Müdafiə Nazirliyi raket qurğusunun alınması ilə bağlı şirkətlə danışıqlar aparıb və razılıq əldə edib.

"ABŞ 1-2 gün ərzində Güləni..." – RƏSMİ

"ABŞ Türkiyənin Fəthullah Gülənin müvəqqəti həbsi tələbi ilə əlaqədar 1-2 gün ərzində qərarını bildirəcək".

Bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib.

"Çevriliş cəhdinin Türkiyə Silahlı Qüvvələri içində Fəthullah Gülənin əmr və təlimatı ilə hərəkət edən qrup tərəfindən edildiyinə kimsənin şübhəsi yoxdur. Biz ABŞ-dan Gülənin ekstradisiyasını və təcili olaraq həbs olunmasını tələb etdik. ABŞ və Türkiyə arasındakı ekstradisiya müqaviləsinin 9-cu maddəsinə görə, ABŞ Fəthullah Güləni həbs etmək məcburiyyətindədir. Vaşinqton 1-2 gün ərzində qərarını bizə bildirəcək", - nazir bildirib.

Bəkir Bozdağ Fəthullahçı Terror Təşkilatına qarşı keçirilən əməliyyat çərçivəsində indiyə kimi 32 min nəfərin həbs olunduğunu əlavə edib.

BEYNƏLXALQ QRUP: 298 nəfəri Moskva öldürüb

2014-cü ildə Malayziyanın "Boeing-777" sərnişin təyyarəsini vuran "Buk" zenit-raket kompleksi Rusiyadan Donbasdakı separatçılara çatdırılıb.

Bu barədə təyyarə qəzasını araşdıran beynəlxalq qrupun başçısı, holland prokuroru Fred Vesterbeke qəzada həlak olanların qohumları ilə görüşdə bildirib. Qrup bu nəticəyə şahidlərin ifadələri, separatçıların danışıqlarının audioyazılarına, sosial şəbəkələrdəki videolara və peyk şəkillərinə söykənərək gəlib. Müstəntiqlər iddia edirlər ki, təyyarə "Buk" zenit-raket kompleksindən buraxılmış 9M38 seriyalı raketlə vurulub.

Bundan başqa, müstəntiqlər qurbanların qohumlarına bildiriblər ki, Ukrayna silahlı qüvvələrinin təyyarə qəzası ilə heç bir əlaqəsi yoxdur. Raketin buraxıldığı əraziyə – Pevomayskiy qəsəbəsinə 2014-cü ilin iyulunda rusiyayönlü döyüşçülər tərəfindən nəzarət edilirdi (http://publika.az/news/dunya/170150.html).

Türkiyədə üsyan çağırışı: əməl etməyənlər... – ŞOK SƏNƏD

PKK terror təşkilatının lideri Murad Karayılan Mardin vilayətinin nüfuzlu ailələri və tayfa liderlərini üsyana çağırıb.

PKK lideri bununla bağlı məktub yazıb. Karayılan nüfuzlu ailələri və tayfa liderlərindən Cizrə, Nusaybin, Sur, Derik və Kızıltəpə kimi mahallarda üsyana başlamağı istəyib. O, çağırışa əməl etməyənləri təhdid, Türkiyəni isə ölkənin cənubi-şərqində qətliamda ittiham edib.

PKK lideri məktubunda "Kürdüstan azadlıq mübarizəsi" ifadəsindən tez-tez istifadə edib. O, tayfa liderlərinə "düşmənə qarşı müqavimət göstərməlisiniz" deməklə üsyanın bir "borc" olduğunu çatdırmağa çalışıb.

Rusiyanın bombaladığı şəhərdən ŞOK VİDEO

Suriya ordusu bir neçə günlük intensiv döyüşlərdən sonra Hələb şəhərinin mərkəzi hissəsini müxalifət qüvvələrindən azad edib.

Şəhərin pilotsuz təyyarədən çəkilən kadrları BFMTV telekanalı tərəfindən yayılıb (http://publika.az/news/dunya/170159.html).

Bu ərazi 2012-ci ildən hökumət gücləri arasında təmas xətti idi. Şəhərin qərbinə hökumət qoşunları, şərq hissəsinə isə müxalifət gücləri yerləşir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Hələbin şərq hissəsində tibbi müəssisələr praktik olaraq tamamilə məhv edilib. Təşkilat yaralıların təxliyyəsi üçün humanitar dəhlizlərin yaradılmasına çağırır.

Qeyd edək ki, dünya liderləri və BMT-nin baş katibi Pan Gi Mun Hələbin Suriya və Rusiya tərəfindən bombardman edilməsini "barbarlıq" adlandırıb. BMT-nin baş katibi bütün tərəfləri "dəhşət"ə son qoymağa çağırıb.

"The Times" nəşri yazır ki, Suriya və Rusiya hərbi təyyarələri mühasirəyə alınmış Hələbə "bunkerləri dağıdan" adı alan bombaları atırlar. Bununla da Dəməşq rejiminə final quru əməliyyatı üçün meydanın hazırlandığı bildirilir.

Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko beynəlxalq ictimaiyyət Suriya məsələsində fikir ayrılığını kənara qoymağa və kooridinasiya yollarını axtarmağa çağırıb.

Putin Türkiyəyə gedir

Rusiya prezidenti Vladimir Putin oktyabrda Türkiyəyə səfər edə bilər.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. "Belə bir səfəri istisna etmirəm. Bütün hazırlıq tədbirləri tamamlandıqdan sonra bu barədə bəyanatı verəcəyik", - Kremlin sözçüsü deyib.

Türkiyə Palatalar və Birjalar Birliyinin sədri Rifat Hisarcıqlıoğlu isə bildirib ki, Putin Müştərək İqtisadi Komissiyanın toplantısına qatılmaq üçün 11 oktyabrda İstanbulda olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm