BAXCP-dən referendum açıqlaması
Bizi izləyin

Nida.az

BAXCP-dən referendum açıqlaması

"Sentyabrın 26 da keçirilən referendum Azərbaycan xalqının iradəsini ifadə edir. Biz bir partiya - BAXCP olaraq keçirilən referendumu legitim hesab edirik".

Bunu Publika.az-a açıqlamasında BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirib.

Onun sözlərinə görə, mənqətələrdə həddindən artıq seçki fəallığı olub: "Son parlament seçkilərində deputatlığa namizəd olmuşam və 26 sentyabrda olan seçki aktivliyi o vaxt da müşahidə edilməmişdi. Demək olarki, seçkiyə bütün təbəqənin nümayəndələri qatılırdı".

Niyaməddin Orduxanlı radikal müxalifətin seçki ilə bağlı verdiyi bəyanata da münasibət bildirib: "Bu, gözlənilən idi. Radikal müxalifət 23 ildir ki, inkarlıq siyasəti aparır. Bütün rənglərə qara deyirlər. Seçki ilə bağlı özlərinin mətbuat orqanların da bir neçə video yayıblar. Həmin videolar da qanun pozuntuları görünür. Bütün bunlar Mərkəzi Seçki Komissiyası tərəfindən araşdırmalıdır və baş vermiş neqativ hadisəyə rəsmi münasibət olmalıdır. Ancaq bir daha qeyd etmək istəyirəm ki, bir neçə qanun pozuntusu bütövlükdə seçki prosesinə heç bir təsir edə bilməz. Seçki çox yüksək şəkildə keçirildi . Bütün bunları beynəlxalq müşahidəcilər də öz bəyanatlarında səsləndirdi".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm