Mosula hazırlanan əməliyyat və Türkiyənin iki qorxusu - DETALLAR
Bizi izləyin

Nida.az

Mosula hazırlanan əməliyyat və Türkiyənin iki qorxusu - DETALLAR

Rakka və Mosula əməliyyat məsələsi koalision güclərinin gündəmindədir.

Rakka və Mosula əməliyyat məsələsi koalision güclərinin gündəmindədir.

Publika.az xəbər verir ki, Türkiyə Mosulun İŞİD-dən təmizlənməsi əməliyyatında "tarixi məsuliyyət" və "türkman mübarizəsi" çərçivəsində qatılmaq istəyir. Laki Başika böhranına görə İraq buna qarşı çıxır. Rəsmi Bağdad Türkiyənin onlarla əməkdaşlıq etmədiyini və məzhəb üzərindən hərəkət etdiyini iddia edir.

"Habertürk"ün məlumatına görə, Mosulun İŞİD-dən təmizlənməsi üçün 15 min yerli döyüşçü əməliyyatda iştirak edəcək. Əməliyyat başa çatandan sonra yerli döyüşçülər Mosulun daxili təhlükəsizliyini təmin edəcək. Bununla yanaşı, İraq ordusunun 20-25 min üzvü də Mosul əməliyyatında iştirak edəcək.
Hazırda Mosulda 2 milyon insan yaşayır. Əməliyyat zamanı xalq şəhəri tərk etsə, humanitar faciənin yaşanacağı təhlükəsi var. Mosulun da Tikrit və Amadinin taleyi ilə üzləşməməsi üçün müxtəlif planlar üzərində iş gedir.

Mosul əməliyyatına İraq Kürd Muxtariyyətinin əsgərləri də qatılacaq. Lakin onlar Mosulun mərkəzinə daxil olmayacaqlar. Sadəcə olaraq, İraq ordusunun keçidini təmin edəcəklər.

Əməliyyat nəticəsində İŞİD-in Mosulun şərqinə sıxışdırılması planlaşdırılır.

Türkiyənin Mosul əməliyyatında çəkindiyi iki məqam var.

1. Mosul xilas edilərkən İranın təsirində olan iraqlı şiə milislərin şəhərə girməsi.
2. Mosulun Telafer bölgəsində şiə və sünni türkmanlar arasında daxili müharibənin, yaxud "intiqam" savaşının baş verməsi. Çünki sünni türkmanların bir qismi İŞİD-ə dəstək vermişdi.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm