Amerika əsgərləri Qarabağa yerləşdirilir – MƏXFİ PLAN
Bizi izləyin

Nida.az

Amerika əsgərləri Qarabağa yerləşdirilir – MƏXFİ PLAN

ABŞ-ın “Politico” nəşri Atlantik Məsləhət Şurasının üzvü, siyasi jurnalistikada ixtisaslaşmış Barbara Slavinanın məqaləsini dərc edib.

ABŞ-ın "Politico" nəşri Atlantik Məsləhət Şurasının üzvü, siyasi jurnalistikada ixtisaslaşmış Barbara Slavinanın məqaləsini dərc edib.

Publika.az
xəbər verir ki, "Orta və Cənub-Şərqi Asiya ölkələri üçün Amerikanın uzunmüddətli planı" (U.S. long-term Program for Central, Southeast Asia) adlı materialda Dağlıq Qarabağ da daxil olmaqla bir sıra regionlarda həyata keçiriləcək planlar öz əksini tapıb.

ABŞ-ın Rusiya və Orta və Cənub-Şərqi Asiya ölkələri üçün böyük strategiya planı bir il öncə ciddi şəkildə hazırlanıb. Bu strategiyada Orta və Cənub-Şərqi Asiya ölkələrində Rusiya və Çinin təsirinin minimallaşdırılması planlaşdırılır.

Maraqlıdır ki, planda Azərbaycan da daxil olmaqla bütün region ölkələri üçün ayrıca ssenarilər hazırlanıb.

Ən diqqətçəkən məqamlardan biri də Dağlıq Qarabağla bağlıdır.

- ABŞ qoşunlarının müəyyən hissəsi təlim bəhanəsi ilə Dağlıq Qarabağda yerləşdirilir.

Planda həmçinin, eyni bəhanə ilə Amerika əsgərlərinin Tacikistanın Kurqan-Tube ərazisinə yerləşdirilməsi nəzərdə tutulur.

Mərkəzi Asiyanı ələ keçirmək istəyən ABŞ-ın planında qeyd olunur:

- Tacikistanın təhlükəsizlik sisteminə daxil olmaq.

- Düşənbədəki Amerika səfirliyində 250 casus yerləşdirmək.

- Düşənbədə Amerika ictimai təşkilatlarının yaradılması.

- Avropa və Amerikaya rəğbət bəsləyən Tacikistan hökumətində və cəmiyyətindəki nümayəndələri Qərbdə təhsillə təmin etmək.

Plana görə, Rusiya ilə fikir ayrılığında olan Tacikistan prezidenti Emomali Rəhmona dəstək verilir və Amerika əsgərləri ekstremist terrorçulara qarşı mübarizə adı altında bu ölkəyə daxil olur. Mərkəzi Asiyanın fəth olunması planı məhz Tacikistandan aparılır.

Amerika əsgərlərinin Dağlıq Qarabağa yerləşdirilməsi isə Rusiyanı cənub sərhədlərindən "vurmaq" planına daxildir.

Qeyd edək ki, sözügedən məqalə artıq "Politico" nəşrindən çıxarılıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm