İtə “fas” komandası, məxfi Qarabağ planı, ruslar cəsəd... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida.az

İtə “fas” komandası, məxfi Qarabağ planı, ruslar cəsəd... – GÜNÜN SİYASİ XÜLASƏSİ

ABŞ qoşunlarının müəyyən hissəsi təlim bəhanəsi ilə Dağlıq Qarabağda yerləşdirilir.

ABŞ Suriyada Dəməşq rejimi və Rusiyaya qarşı ata biləcəyi bütün mümkün addımları nəzərdən keçirir. Şübhəsiz ki, Vaşinqtonun "Rusiya hərbçilərini cəsəd torbalarında evə göndərməyə davam edəcək" təhdidi günə damğasını vurdu. Ankara və Dəməşq arasında Suriyada birbaşa toqquşma baş verə bilər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 92 il əvvəlki razılaşmanı "məğlubiyyət" adlandırdı.

"Savaş Rusiya şəhərlərinə keçəcək, rus hərbçiləri cəsəd torbalarında..." – RƏSMİ TƏHDİD

Suriya rejiminin dəstəkləyən Rusiya ABŞ tərəfindən növbəti dəfə təhdid edilib. ABŞ Dövlət Departamentinin sözşüsü Con Kirbi Rusiya şəhərlərinin ekstremistlərin hücumuna məruz qala biləcəyini bildirib.

Onun sözlərinə görə, Suriyada Rusiya hərbi qulluqçuları və təyyarələri ilə savaş Suriya sərhədini aşaraq Rusiya şəhərlərinə keçə bilər. "Və Rusiya hərbçilərini cəsəd torbalarında evə göndərməyə davam edəcək və Moskva resurslarını, hətta yenidən təyyarələrini itirməyə davam edəcək", - Kirbi əlavə edib.

Onun sözlərinə görə, Suriyada vətəndaş müharibəsi davam edəcəyi halda, ekstremist qruplar öz əməliyyatlarını genişləndirmək üçün hakimiyyət boşluğundan istifadə etməyə davam edəcək.

Xatırladaq ki, dünən Kerri Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrovla telefon söhbətində Vaşinqtonun Moskva ilə Suriya üzrə əməkdaşlığı dayandıra biləcəyini deyib. O, Suriya qoşunlarının Hələbə hücumlarını dayandırması üçün Rusiyadan Əsədi sıxışdırmağı tələb edib.

Sentyabrın 27-də ABŞ-ın müdafiə naziri Eşton Karter Rusiyanı Suriyada vətəndaş müharibəsini alovlandırmaqda ittiham edib. Daha əvvəl isə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer Təhlükəsizlik Şurasının iclasında Rusiyanın hərəkətlərini "barbarlıq" adlandırıb.

Rusiya XİN-nin rəsmisi Mariya Zaxarova Con Kirbinin bəyanatına cavab verib.

"Sizə elə gəlmirmi ki, "kisələrdə cəsədlər", "təyyarələrin itirilməsi", "Rusiya şəhərlərində terror aktları" sözləri bir diplomat şərhindən daha çox itlərə verilən "fas" komandasına oxşayır?" – deyə, Zaxarova Kirbinin sözlərinə şərh verib.

Əsl müharibə indi başlayır: ABŞ-dan Rusiyaya TƏHDİD

ABŞ prezidenti Barak Obamanın administrasiyasında Suriya hökumət qoşunlarının Rusiyanın dəstəyi ilə Hələbə hücumuna cavab olaraq daha sərt tədbirlər barədə müzakirələr başlayıb.

"Reuters" agentliyinə bu haqda amerikalı iki məmur bildirib.

Hesab edilir ki, regionun ən əhəmiyyətli şəhərinin hökumət güclərinin nəzarətinə keçməsi Suriya prezidenti Bəsədin Əsədin hakimiyyətinin bərpası anlamına gələcək və müxalifətə dağıdıcı zərbə vuracaq. Vəzifəli şəxslərdən birinin sözlərinə görə, Vaşinqton daha əvvəl dövlət katibi Con Kerrinin xəbərdarlıqlarına uyğun olaraq Suriya problemi üzrə Rusiya ilə dialoqu kəsə bilər.

ABŞ-ın atacağı sərt addımlara gəlincə, bura Suriya müxalifətinə daha müasir silahların çatdırılmasından tutmuş Suriya ordusuna aviazərbələrin endirilməsi qədər müxtəlif variantlar nəzərdən keçirilir (http://publika.az/news/dunya/170231.html).

"Mehmetcik" və "Pələng Birlikləri" toqquşacaq: Suriyada DƏHŞƏTLİ SSENARİ

Azad Suriya Ordusu ilə Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında – Əl-Bab bölgəsində toqquşa bilər.

Yerli mənbələrin verdiyi məlumata görə, Suriya ordusu Əl-Babın İŞİD-dən azad edilməsi üçün əməliyyata hazırlaşır. Hazırlıq çərçivəsində Suriya ordusunun elit birliyi olan "Pələng Birlikləri" bölgəyə yerləşdirilir.

Eyni zamanda, Azad Suriya Ordusu ilə Türkiyə Əl-Bab əməliyyatı üçün hazırlaşır. Əməliyyata türkmanlardan təşkil olunan "Sultan Murad", "Fateh Sultan Mehmet" və "Hələb 1" briqadaları ilə ərəblərdən ibarət olan 3 min nəfərlik Azad Suriya Ordusu qatılacaq. Türkiyə Əl-Babın azad edilməsi üçün "A" və "B" planları hazırlayıb (http://publika.az/news/dunya/170250.html).

Türkiyənin iki qorxusu - DETALLAR

Rakka və Mosula əməliyyat məsələsi koalision güclərinin gündəmindədir.

Türkiyə Mosulun İŞİD-dən təmizlənməsi əməliyyatında "tarixi məsuliyyət" və "türkman mübarizəsi" çərçivəsində qatılmaq istəyir. Laki Başika böhranına görə İraq buna qarşı çıxır. Rəsmi Bağdad Türkiyənin onlarla əməkdaşlıq etmədiyini və məzhəb üzərindən hərəkət etdiyini iddia edir.

"Habertürk"ün məlumatına görə, Türkiyənin Mosul əməliyyatında çəkindiyi iki məqam var.

1. Mosul xilas edilərkən İranın təsirində olan iraqlı şiə milislərin şəhərə girməsi.

2. Mosulun Telafer bölgəsində şiə və sünni türkmanlar arasında daxili müharibənin, yaxud "intiqam" savaşının baş verməsi. Çünki sünni türkmanların bir qismi İŞİD-ə dəstək vermişdi.

İraqın Türkiyədəki səfiri Hişam Ələvi isə Türkiyənin Mosulda hansısa əməliyyat keçirməsinə qarşı olduqlarını bildirib.

Onun sözlərinə görə, Bağdad xarici ölkələrdən istənilən dəstəyi almağa hazırdır, amma İŞİD-ə qarşı əməliyyyata heç kimi buraxmaq niyyətində deyil: "Bizim İraqdakı təcrübəmiz göstərir ki, bir ölkəyə xaricdən hərbi müdaxilə lazımsız nəticələrə səbəb olur. Biz bunu 1991 və 2003-cü illərdə açıq şəkildə gördük. Rəsmi Bağdad Suriyaya xarici müdaxilənin heç kimin xeyrinə olmayacağını çoxdan söyləyir".

Ərdoğandan SƏRT SÖZLƏR: "Sizə nə dəxli var?"

"Fövqəladə vəziyyətin daha üç ay uzadılması Türkiyə Milli Təhlükəsizlik Şurasında tövsiyə edilib".

Bunu prezident Rəcəb Tayyıb Ərdoğan deyib. Onun sözlərinə görə, bir il belə fövqəladə vəziyyət üçün kifayət etməyə bilər. Xatırladaq ki, Türkiyədə fövqəladə vəziyyət 22 iyulda – FETÖ-nün hərbi çevrilişə cəhdindən bir həftə sonra tətbiq edilib.

Ərdoğandan müharibə elanı kimi BƏYANAT: "O torpaqlar bizim idi..."

"1921-ci ildə bizə Sevr anlaşmasını, 1923-cü ildə bizə Lozanna razılaşmasını sırıdılar. Bumu zəfər?"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu sözləri kənd icra nümayəndələri ilə görüşdə deyib.

"Bəziləri Lozannanı "zəfər" adlandıraraq udmağımıza çalışdılar. Qışqırsan səsimizin eşidiləcəyi adaları verdik. Oralar bizim idi. Oralarda hələ də məscidlərimiz var. Məhz həmin razılaşmada masaya oturanların günahı var idi. Həmin masaya oturanlar o razılaşmanın haqqını verə bilmədilər. Verə bilmədikləri üçün hazırda bunun çətinliyini yaşayırıq", - prezident bildirib.

Onun sözlərinə görə, 15 iyul çevriliş cəhdi müvəffəqiyyətli olsaydı, Türkiyə Sevri belə axtaracaq vəziyyətdə olardı (http://publika.az/news/dunya/170265.html).

Senat Obamanı əzdi keçdi: 8 ildə ilk dəfə…

ABŞ prezidenti Barak Obamanın ötən həftə veto qoyaraq Konqresə geri göndərdiyi və Səudiyyə Ərəbistanına qarşı 11 sentyabr hücumlarına görə məhkəmə iddiası qaldırılmasına imkan verən qanun layihəsi Senatda yenidən qəbul edilib.

Senatın 97 üzvü "Terrorizmin Sponsorlarına Qarşı Ədalət Aktı" qanun layihəsini dəstəkləyib. Yalnız 1 senator qanun layihəsinin əleyhinə çıxıb. Qanun layihəsinin ABŞ Konqresinin Nümayəndələr Palatasında səsverməyə çıxarılacaq. Daha əvvəl Nümayəndələr Palatasından keçən qanun layihəsinin növbəti dəfə də qəbul ediləcəyi bildirilir.

Nümayəndələr Palatasının üçdə iki hissəsi qanun layihəsini dəstəkləyərsə, Barak Obama veto hüququndan istifadə edə bilməyəcək. Bununla da Obama 8 illik prezidentliyi dövründə ilk dəfə ABŞ Konqresindən gələn bir qanun layihəsinə veto qoya bilməyəcək (http://publika.az/news/dunya/170208.html).

Tofiq Zülfüqarov: "Azərbaycan İrəvanı vura bilən raketlərə malikdir"

"ABŞ-da kimin prezident seçilməsindən asılı olmayaraq, bunun Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri olmayacaq".

Bunu Publika.az-a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.

T.Zülfüqarov deyib ki, əgər Dağlıq Qarabağ münaqişəsi nə zaman beynəlxalq gündəmdə olsa, o zaman ABŞ rəhbərliyi də bu məsələyə diqqət yetirəcək.

T.Zülfüqarov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaranan indiki vəziyyəti də dəyərləndirib (http://publika.az/news/nida/170282.html).

Amerika əsgərləri Qarabağa yerləşdirilir – MƏXFİ PLAN

ABŞ-ın "Politico" nəşri Atlantik Məsləhət Şurasının üzvü, siyasi jurnalistikada ixtisaslaşmış Barbara Slavinanın məqaləsini dərc edib.

"Orta və Cənub-Şərqi Asiya ölkələri üçün Amerikanın uzunmüddətli planı" (U.S. long-term Program for Central, Southeast Asia) adlı materialda Dağlıq Qarabağ da daxil olmaqla bir sıra regionlarda həyata keçiriləcək planlar öz əksini tapıb. ABŞ-ın Rusiya və Orta və Cənub-Şərqi Asiya ölkələri üçün böyük strategiya planı bir il öncə ciddi şəkildə hazırlanıb. Bu strategiyada Orta və Cənub-Şərqi Asiya ölkələrində Rusiya və Çinin təsirinin minimallaşdırılması planlaşdırılır.

Maraqlıdır ki, planda Azərbaycan da daxil olmaqla bütün region ölkələri üçün ayrıca ssenarilər hazırlanıb. Ən diqqətçəkən məqamlardan biri də Dağlıq Qarabağla bağlıdır. ABŞ qoşunlarının müəyyən hissəsi təlim bəhanəsi ilə Dağlıq Qarabağda yerləşdirilir. Amerika əsgərlərinin Dağlıq Qarabağa yerləşdirilməsi isə Rusiyanı cənub sərhədlərindən "vurmaq" planına daxildir.

500 çadır sifariş verildi - Yeni Maydan başlanır

Keçmiş baş nazir Yuliya Timoşenkonun lideri olduğu "Batkivşina" Partiyası payızda Kiyevdə genişmiqyaslı etiraz aksiyalarını keçirməyə hazırlaşır.

Bu haqda şəxsi mənbələrə istinadən "Apostrof" nəşri bildirib. Bildirilir ki, kommunal xidmətlərə görə tətbiq olunan yüksək tariflər etirazların əsas səbəbi olacaq.

"Fəaliyyəti Yuliya Timoşenko ilə bağlı olan ictimai təşkilatlar kütləvi aksiyalardan sonra istifadə edilməsi üçün 300-dən 500-ə qədər çadır alıblar. Onlar 1 oktyabra tam hazır olmalıdır", - nəşr yazıb.

Nəşrin məlumatına görə, etiraz aksiyalarının əsas məqsədi əvvəlcə növbədənkənar parlament, daha sonra isə prezident seçkilərinin keçirilməsinə nail olmaqdır (http://publika.az/news/dunya/170309.html).

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm