Nida Təhlil
Qızıl saçlı oğlan, yoxsa Amerikanın “qadın üzü" – kim Azərbaycanı sevəcək?
"Bütün müharibələrə son qoymaq məqsədilə müharibəyə başlamağa" çağıran Vudro Vilson demokrat olmasına rəğmən, respublikaçıların "müharibə ənənəsi"ndən çıxış edirdi.
Bizim üçün isə o, 1918-ci ilin 28 mayında Əlimərdan bəy Topçubaşovun Paris sülh konfransında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tanınması təklifini rədd edən demokrat kimi xatırlanır. Axı I Dünya müharibəsindən sonra dünyanın yenidən qurulması üçün məşhur "14 bənd" tezisinin müəllifi "yeni dünya xəritəsində" Azərbaycana yer ayırmamışdı. Əvəzində, "Böyük Ermənistan xülyalarını" Qafqaza sonradan gəlmiş tayfanın beyninə salanlardan biri də o idi. Bu demokratın həmmüəllifi olduğu Sevr müqaviləsinin VI bölməsinin 89-cu maddəsinə görə, Ərzurum, Trapezund, Van, Bitlis Ermənistana verilirdi. Onun sərhədlərini Vilsonun özü təyin edəcəkdi. Kağız üzərində bu, baş tutdu da. Atatürkün Qurtuluş savaşı isə bütün planları pozdu. Vilsonun istəklərinə rəğmən, Fransanın təkidi ilə AXC tanındı. Lakin bu, həm də ABŞ demokratlarının Azərbaycana tarixi münasibətinin əsas örnəyi hesab oluna bilər. Zaman keçəcək, 70 il sonra demokratların "ikinci üzü" ilə yenidən qarşılacaqdıq...
Vilsonun xələfi Uorron Hardinqin dönəmində Azərbaycana münasibət 90
dərəcə dəyişmişdi. Doğrudur, artıq AXC 10 il idi ki, süquta
uğramış, milli hökumətin üzvləri rusların olmadığı torpaqlarda
çətin həyat yaşayırdı. Respublikaçıların rəhbərlik etdiyi Amerika
isə SSRİ-yə qarşı mübarizəyə onları da qoşmuşdu.
1930-cı illərdə SSRİ-yə qarşı məxfi əməliyyat hazırlanır. Tarix kitablarında rast gəlmədiyimiz "Prometey" əməliyyatı: SSRİ Polşa, Ukrayna, Qafqaz və Orta Asiyadan mühasirəyə alınır. Bu mühasirə zolaqlarına Amerikada "Anakonda" adı verilmişdi. Zaman keçdikcə "anakonda ilanı" Rusiyanın boğazına sarılıb onu məhv etməli idi.
ABŞ və bir sıra Avropa ölkələrinin hazırladığı əməliyyatın
icrası həmin vaxt Polşa Baş Qərargahına tapşırılır. Artıq mühacir
həyatı yaşayan Məmməd Əmin Rəsulzadə də həmin vaxt məhz bu
əməliyyatda iştirak üçün polyakların vətəninə getmişdi.
Gözləntilərə görə, SSRİ dağıdılacaq və onun xarabalıqlarının
yerində yenidən Azərbaycan Cümhuriyyəti ucaldılacaqdı. SSRİ çox
gec, 1990-cı ildə dağıldı və Azərbaycan yenidən müstəqilliyinə
qovuşdu. Lakin SSRİ-nin varisi olaraq Rusiyanın ortaya çıxması
"Prometey" əməliyyatının başa çatmadığını göstərir. Zaman-zaman
demokratlardan mədət uman Azərbaycan müxalifətinin Ukrayna
"Maydanı"nda Respublikaçıların "xaç atası" Con Makkeynin əlini
sıxmaq üçün Kiyev küçələrinə qədər gedib çıxması da dolayısı ilə
tarixi planın işartısı idi. Lakin bu tarixi plan nə qədər SSRİ-yə
qarşı olursa-olsun, həm də respublikaçıların Azərbaycana
münasibətinin aynasıdır.
Bu iki tarixi nüans fonunda Amerika
seçkiləri...
Seçkilərə hazırlaşan Amerika hazırda öz qınına çəkilmiş tısbağanı
xatırladır. Lakin bu qının içində baş verənlər dünyanın bundan
sonrakı mənzərəsinin necə olacağına da təsir edəcək. Və
perspektivlər Azərbaycan üçün də maraqlıdır.
Barak Obamanın "sonu" yaxınlaşır və noyabrın 8-də Ağ Evin yeni
sahibi bəlli olacaq. Bu mübarizədə qızılı və təbii saçları ilə
diqqət çəkən Donald Trampla Amerikanın "qadın üzü" Hillari Klinton
döyüşəcək. Kimin qalib gələcəyi, kimin qalibin əlini sıxacağı hələ
bəlli deyil.
Respublikaçılar, yoxsa demokratlar: Azərbaycan
nöqteyi-nəzərindən bu iki partiyadan hansının Amerikaya rəhbərlik
edəcəyi önəmlidir. Yaxud sualı belə qoyaq: kim bizim üçün
sərfəlidir, kimin mənfisi müsbətini üstələyir?
Keçmiş təcrübə...
SSRİ-ni o biri dünyaya göndərəndən sonra ABŞ-Azərbaycan
münasibətləri enişli-çıxışlı yolları ilə müşahidə olunub.
Heydər Əliyev 1997-ci ildə ABŞ-a ilk rəsmi səfəri zamanı Ağ Evə
demokratlar sahiblik edirdilər. Lakin səfər zamanı Azərbaycan
liderinin respublikaçıların ata Buş ilə də səmimi görüşü iki siyasi
xadimin şəxsi münasibətləri ilə yanaşı, həm də "müharibə
partiyası"nın Bakıya münasibətinin təzahürü idi. Demokratlar Bill
Klintonla birlikdə 2000-ci ildə Ağ Evi respublikaçılara – oğul Buşa
verdilər. Balaca Buşun 8 illik prezidentliyi dövründə müəyyən
problemləri nəzərə almasaq, ABŞ-Azərbaycan münasibətləri yaxınlığı
ilə diqqət çəkirdi. 2001-ci il 11 sentyabr hadisəsindən sonra
başlanan terrorla mübarizə çərçivəsində Azərbaycan da lojistik
dəstəyini verdi. Həmin dövrdə əsası qoyulan Əfqanıstandakı NATO
qoşunlarına lojistik dəstək bu gün də davam edir. Bu, məhz
respublikaçıların hakimiyyət illərində baş vermişdi.
Və bu illərin davamı gəlmədi: 2008-ci ildə
demokratlar qeyri-adi gediş edərək, qaradərili Obamanı namizəd
olaraq irəli sürdülər. Dünyanın ən bahalı seçki kampaniyası – 2
milyard dollar – ilə Ağ Evdə "taxtda əyləşən" Obama nəinki
Azərbaycana, ümumiyyətlə Qafqaza daha az maraq göstərdi. Bunu onun
seçilməsindən iki il sonra başlanan "ərəb baharı", ardınca yaşayan
Ukrayna böhranı ilə izah etmək olar. Amma o da həqiqətdir ki, Obama
Administrasiyası üzünü Bakıya doğru daha çox ittiham etmək lazım
olarkən çevirirdi. Demokratların liderliyi altında Amerikadan
Xəzərin sahillərinə zaman-zaman "inqilab ixracı" da müşahidə
olundu.
Bakı və Vaşinqton arasında sərt ritorika demək olar ki, uzun illər
davam edib. Yalnız bu ilin aprelində uzun müddət aradan sonra
Prezident İlham Əliyevin ABŞ-a səfəri ilə ikitərəfli münasibətlərdə
yumşalma müşahidə olundu. Lakin hazırda bu yumşalmanın sərtləşdiyi
də diqqətdən qaçmır.
Hesab etmək olar ki, Obama Administrasiyasına bundan sonra maksimum
2 ay dözəcəyik. Lakin iki aydan sonra hər şeyin yaxşı olacağı
zəmanətini də heç kim vermir.
Demokratlar, yoxsa Respublikaçılar: Azərbaycan üçün
hansı yaxşıdır, yaxud "mehriban düşmənlər"in bizə yanaşması
necədir?
Qarabağ münaqişəsi
Demokratlar: Topçubaşovu rədd edən Vudro Vilsonun
varislərinin "ikinci üzünü" bir də 1992-ci ildə gördük. Söhbət
"Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın
birbaşa dövlət yardımını yasaqlayan 907-ci düzəlişdən gedir. Həmin
vaxt Ağ Evə respublikaçılar rəhbərlik edirdi. Bu düzəlişin
müəllifləri arasında respublikaçı Con Makkayn da var idi. Lakin ən
çox fəallığı Obama Administrasiyasında ən yüksək postları tutan
Dövlət katibi Con Kerri və vitse-prezident Co Bayden etmişdi.
ABŞ Konqresinin aralarında Con Kerrinin də olduğu bir qrup üzvünün
1990-cı ilin 18 martında Qorbaçova ünvanlandığı məktub da bu
kontekstdə diqqət çəkir.
"Azərbaycanda dəhşətli zorakılığın baş verməsi Dağlıq
Qarabağın 160 minlik erməni əhalisinin Ermənistanla birləşməsinin
vacibliyini bir daha təsdiq edir", - məktubda
deyilirdi.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
ABŞ-da erməni lobbisinin demokratlarla sıx münasibətləri də faktdır. Vaxtilə demokrat olan, sonradan respublikaçı donuna girmiş Kristofer Smitin ötən ilin sonunda Azərbaycana qarşı sanksiya layihəsi də bu kontekstdə diqqət çəkir. Hansı ki, məqsəd Azərbaycanı Qarabağ məsələsində təslimçi sülhə məcbur etmək idi.
Respublikaçılar: "müharibə partiyası"nın hakimiyyətə gəlməsi Dağlıq Qarabağ münaqişəsinin dərhal həll olunacağı demək deyil. Lakin demokratlardan fərqli olaraq respublikaçılar erməni lobbisində daha az təmsil olunurlar. Digər tərəfdən, respublikaçı Amerikanın Bakının ərazi bütövlüyünü alternativ variantlarla bərpa etmək gedişlərinə müdaxilə etməsi daha az ehtimal olunandır.
Müdaxilə
Demokratlar: bu partiyanın ABŞ-a rəhbərliyi
dövründə müxtəlif ölkələrin daxili işinə müdaxilə cəhdləri adi hal
alıb. O cümlədən, zaman-zaman Azərbaycanın da daxili siyasətinə
müdaxilə cəhdləri olub. Ən maraqlısı isə demokratlar bütün bunları
"demokratiya" adı altında aparıblar. Hillari Klintonun prezident
olacağı təqdirdə, eyni siyasətin davam edəcəyi gözləniləndir.
Respublikaçılar: bu partiya üçün isə əsas ABŞ-ın
milli maraqlarıdır. Onlar üçün demokratiya, yaxud bu qəbildən olan
məsələlər ikinci plandadır. Tramp seçilərsə, ABŞ-ın regiona
münasibətində dəyişikliklərin olacağı mümkündür.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Rusiya ilə münasibətlər
Bakı üçün ABŞ-ın Rusiya ilə münasibətləri önəmlidir. Çünki
Azərbaycanın yerləşdiyi coğrafiyaya görə bu münasibətlərin
səviyyəsinin təsirləri dolayısı ilə bizə də toxunur.
1. Rusiya-ABŞ münasibətləri pis olduğu dövrdə
Azərbaycan iki böyük güc arasında seçim etmək kimi çətinliklərlə
üzləşir. Doğrudur, Bakı indiyə qədər bu çətinliyi balans siyasəti
ilə aşa bilib. Amma bu, həmişə asan başa gəlmir.
2. Rusiya-ABŞ münasibətləri Dağlıq Qarabağ
münaqişəsinin həllinə də təsir edir. Bu münasibətlər pis olarsa,
iki böyük gücün regionda amansız savaşı baş verir. Beləliklə, bu
münaqişənin həlli də təxirə düşür. Münasibətlər yaxşı olacağı
təqdirdə, region üzərində ortaq məxrəcə gəlmək və bölgənin
sabitliyinə təhlükə olan münaqişələri həll etmək mümkün ola
bilər.
Demokratların Rusiya ilə münasibətlərinin nə
dərəcədə yaxşı olacağını demək çətindir. Doğrudur, Obama
prezidentliyi dövründə Putinlə dil tapmağa çalışıb. Lakin Hillari
Klintonun Moskvaya, həmçinin, qarşı tərəfin ona münasibəti
bəllidir.
Respublikaçılara gəlincə, "müharibə partiyası"
Rusiyanı həmişə sevməyib. Lakin burada da yenə namizədin özü önə
çıxır. Donald Tramp seçkiqabağı kampaniyasında Putinlə dost
olacağını, Rusiya ilə münasibətləri yoluna qoyacağını vəd edib.
Gələcək prosesləri namizədlərin şəxsində də dəyərləndirmək
olar.
Donald Tramp: müsəlman düşməni kimi tanınan bu
oğlanın Ağ Evin qapısından içəri girəcəyi halda nələrin olacağı
müəmma olaraq qalır. "O, indiyə qədər qurulmuş bütün sistemi
dağıdacaq". Opponentləri Trampı belə xarakterizə edir. Xüsusilə
anti-müsəlman mövqeyi Şərqdə qorxu ilə qarşılanır. Amma onun
jurnalistlərlə qeyri-rəsmi görüşdə bütün sərt ritorikanı yalnız
seçki kampaniyası üçün etdiyini etiraf etməsi də əlavə suallar
yaradır.
Tramp bizim üçün zamanında Bakıda müəyyən iqtisadi əlaqələri olan
amerikalı biznesmendir. Yəni Azərbaycana az-çox bələddir. Lakin
onun siyasi təcrübəsinin olmaması ehtiyatlı yanaşmanı ön plana
çıxarır.
Hillari Klintion: xanım siyasətçi öz təcrübəsi ilə
rəqibini üstələyir. Həmçinin, regionu da yaxşı tanıyır. Lakin onun
demokratlara xas "müdaxilə həvəsi"nin olması, eləcə də Dağlıq
Qarabağ məsələsində hansı mövqedən çıxış edəcəyi də
unudulmamalıdır. Bununla yanaşı, Klintonun FETÖ lideri Fətullah
Gülənlər əlaqələrə malik olması da onun "təhklükəli namizəd"
imicini gücləndirir.
Təbii ki, hər şey noyabrın 8-dən sonra bəlli olacaq.
Asif Nərimanlı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT