Nida.az
Vatikan Qafqazda ikinci cəbhəni açır – Qərbin “Qarabağda müharibə” planı
Roma Papası Fransisk Gürcüstanda səfərdədir. Ardınca Azərbaycana
gələcək katoliklərin liderinin Qafqaz səfərinin pərdəarxası diqqət
çəkir.
Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin
(KAFKASSAM) rəhbəri, türkiyəli politoloq Hasan Oktay
Publika.az-a müsahibəsində Papanın səfərini şərh
edib.
- Roma Papası Gürcüstana və Azərbaycana səfərə gəlir.
Maraqlıdır ki, bundan öncə Ermənistana səfər etmişdi. Nə üçün Papa
Ermənistana ayrı, regionun digər iki ölkəsinə ayrı səfər
etdi?
- Ukraynada Rusiya-Qərb savaşı qızışanda Papa Rusiyaya qarşı
hərəkətə keçdi. Ortodoks aləmini bölüb Rusiyaya qarşı istifadə
etmək üçün hərəkətə keçən Papa əvvəlcə Türkiyəyə gələrək, Rum
Ortodoks Patriarxı Bartolomeo ilə görüşdü, sonra da Ermənistana
səfər etdi. İndi isə Gürcüstana gəlir. Bu üç Ortodoks kilsəsinin
mövqeyi önəmlidir. Azərbaycana edilən səfəri də Papanın Rusiyaya
qarşı cəbhə formalaşdırması kontekstində dəyərləndirmək
lazımdır.
Ermənistana xüsusi səfər etməsinin səbəbi isə dünyadakı erməni
lobbisini, həmçinin, Ermənistanı Rusiyaya qarşı qaldırmaq idi.
Papanın səfərindən sonra Ermənistanda baş verənlər də bunu sübut
edir.
- Papanın Azərbaycan səfəri "hamımız qardaşıq" şüarı
altında baş tutacaq. Vatikan bununla nəyə işarə edir? Hesab etmək
olarmı ki, Papa İrəvanda Azərbaycan torpaqlarını işğaldan azad
etmək üçün müharibə variantından çəkindirəcəyinə dair söz verib və
Bakıda ermənilərlə anlaşmasını istəyəcək?
- Papanın ana strategiyası Qafqazda Rusiyaya qarşı bir cəbhə açmaq
ola bilər. Bunun üçün Azərbaycan və Ermənistanı barışdırıb hər iki
ölkəni Rusiyaya qarşı olan Qərb blokuna qoşmaq istəyər. Bunun baş
verməsi çox çətin görünür. Amma Vatikan iki il öncə hazırladığı
planı davam etdirir. Post-sovet coğrafiyasında, Qafqazda, həmçinin,
Yaxın Şərqdə gündəmin hər gün iki dəfə dəyişdiyi bir vaxtda
Vatikanın bu gündəmi iki il öncə hazırladığı planlarla
dəyərləndirməsi həmin siyasətin iflasa uğradığını göstərir.
Qafqazda sülhün önündə ən böyük maneə Qarabağ problemidir. Bu
problemin həlli də bəllidir. Münaqişənin həlli olmadan Qafqaza sülh
gətirmək çox çətin görünür.
- Siz bir müddət öncə bildirmişdiniz ki, Papanın Qafqaz
səfərindən sonra Qərb Qarabağda idarəolunan müharibə başlada və
bunu Rusiya torpaqlarına daşıya bilər. Bu ssenarilər hələ də
gündəmdədirmi?
- Papanın İrəvan səfərindən sonra Qarabağda döyüşlər baş verdi.
Papanın əsas məqsədi və hədəfi Qafqazda qarışıqlığın olması və
bunun Rusiya torpaqlarına sıçraması idi. Qarabağ müharibəsi
Rusiyaya sıçrasaydı, o zaman Ukraynada Moskva üzərində qələbə
qazanacaqdılar. Amma fikrimcə, indi bu planların uğurlu olma şansı
yoxdur. Bu baxımdan, Papanın Azərbaycana gəlişi müsbət səfərdən
başqa bir şey olmayacaq.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
- Bu səfərdən sonra bölgədə nələr dəyişə bilər, yaxud
dəyişə bilərmi?
- Papanın səfəri iki il öncədən planlaşdırılırdı. Bu iki ildə
Qafqazda çox şeylər dəyişdi. Xüsusilə apreldə Qarabağda baş verən
hərbi toqquşma Azərbaycanın bölgədə silahlı gücünü ortaya qoydu.
İndi Ermənistan Qarabağ məsələsində müharibə yox, diplomatiya
yolunda hərəkət edir. Eyni zamanda, Azərbaycan da diplomatiyasını
hərəkətə keçirərək, bölgədə sülh əldə olunmasını təmin edə bilər.
Müharibə indiki məqamda nə Ermənistana, nə də Azərbaycana fayda
verəcək. Burada meydana gələ biləcək uzunmüddətli müharibə həm
Yaxın Şərqə, həm də Rusiyaya təsir edə bilər. Buna görə Rusiya
bölgədə daha diqqətli hərəkət etməyə başladı. Papanın səfəri də
Rusiya tərəfindən yaxından izlənilir.
- Bu səfərin Qarabağ məsələsində təsiri necə ola
bilər?
- Qarabağda sülh diplomatiyası xaricində heç bir həll yolu yoxdur.
Buna görə də Papa 2 il öncə planlaşdırılan Ukrayna strategiyasından
vaz keçəcək. Əvəzində Papa Qarabağda hər iki tərəfin anlaşmasına
zəmin yarada bilər. Bunu edərsə, iki il öncə içinə düşdüyü yanlış
strategiyanı düzəldə bilər. Papanın siyasi və iqtisadi gücü buna
imkan verir. Lakin Vatikanın Qafqazda Ermənistan və Gürcüstan
kilsələri üzərindən Rusiyaya hücum təşkil etmək gücü isə zəifdir.
Həmçinin, bu, uğurlu strategiya deyil.
Asif Nərimanlı
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB