Elmar Məmmədyarov ərəb diplomatlarla görüşüb
Bizi izləyin

Nida.az

Elmar Məmmədyarov ərəb diplomatlarla görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Misir Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri, keçmiş xarici işlər naziri Məhəmməd Orabi ilə görüşüb.

Xarici işlər naziri Elmar Məmmədyarov Misir Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri, keçmiş xarici işlər naziri Məhəmməd Orabi ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Misir arasında ikitərəfli münasibətlərin səviyyəsi, əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. İki ölkə arasında tarixi və ənənəvi dostluq əlaqələrinin olduğunu qeyd olunaraq, bu əlaqələrin daha da gücləndirilməsi üçün birgə səylər göstərilməsinin vacibliyi vurğulanıb.

M.Orabi Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun müasir dünyanın ən mühüm çağırış və problemlərinə dair məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətli olduğunu qeyd edib.

Tərəflər beynəlxalq təşkilatlar, xüsusilə BMT və İƏT çərçivəsində sıx əməkdaşlıqdan və qarşılıqlı dəstəkdən məmnunluq ifadə ediblər.

Həmçinin parlament diplomatiyasının əhəmiyyətinə toxunaraq, bu istiqamətdə də əməkdaşlığın genişləndirilməsi zəruriliyini vurğulayıblar.

Nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı son vəziyyətə dair məlumat verib. O, Misirin münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləməsinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Görüşdə həmçinin Yaxın Şərq böhranı, miqrasiya problemi, terrorizmə qarşı mübarizə və digər beynəlxalq və regional məsələlər müzakirə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm