Moskvanın “cəsəd torba”ları, məxfi Qarabağ planı... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida.az

Moskvanın “cəsəd torba”ları, məxfi Qarabağ planı... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Suriya uğrunda amansız mübarizə yeni mərhələyə qədəm qoyur. Münaqişədə hazırda əsas söz sahibləri olan ABŞ və Rusiya arasındakı münasibətlərdə gərginlik bu həftə pik həddə çatdı. ABŞ Dövlət Departamentinin sözşüsü Con Kirbinin "Rusiya hərbçilərini cəsəd torbalarında evə göndərməyə davam edəcək" sözləri həftənin gündəminə damğa vurdu. Pakistan Hindistanı nüvə silahı ilə məhv etməklə təhdid etdi. İsrailin keçmiş prezidenti Şimon Peres öldü. Vaşinqton Yaxın Şərqdə Səudiyyə Ərəbistanı kimi müttəfiqini itirə bilər.

Suriyada müxalifətin qalası hesab olunan Hələb uğrunda amansız mübarizə başlanıb.

Suriya ordusu bir neçə günlük intensiv döyüşlərdən sonra Hələb şəhərinin mərkəzi hissəsini müxalifət qüvvələrindən azad edib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Hələbin şərq hissəsində tibbi müəssisələr praktik olaraq tamamilə məhv edilib. Təşkilat yaralıların təxliyyəsi üçün humanitar dəhlizlərin yaradılmasına çağırıb. Suriya və Rusiya aviasiyası son həftə ərzində Hələbi ağır bombardmana məruz qoyub. Dünya liderləri və BMT-nin baş katibi Pan Gi Mun Suriya və Rusiyanın hərəkətini "barbarlıq" adlandırıb. BMT-nin baş katibi bütün tərəfləri "dəhşət"ə son qoymağa çağırıb.

"The Times" nəşri yazır ki, Suriya və Rusiya hərbi təyyarələri mühasirəyə alınmış Hələbə "bunkerləri dağıdan" adı alan bombaları atırlar.

Rusiyanın ötən şənbə Suriyanın Hələb şəhərinin ətrafında "Solntsepyok" TOS-M1 ağır reaktiv odsaçan sistemlərindən istifadə etməsi ağır ittihamlarla üzləşdi.

Qərb KİV-inin yazdığına görə, Hələbin alınması Dəməşq rejiminin strateji və əhəmiyyətli siyasi qələbəsi olardı. "Əgər hücum əvvəlki kimi dağıdıcı şəkildə davam edərsə, bu, müharibənin ən qorxunc döyüşlərindən biri olacaq. Son hücum göstərir ki, Moskva sülh müqaviləsinin canlanmasında maraqlı deyil", - "The Financial Times"in məqaləsində deyilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukraynanın BMT-dəki daimi nümayəndəsi Vladimir Yelçenkonun fikrincə, Rusiya Suriyada Qroznı ssenarisini təkrarlamağa çalışır

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Dövlət Departamentinin sözşüsü Con Kirbi Rusiyanı təhdid etməsi həftə damğasını vurdu. O, Rusiya şəhərlərinin ekstremistlərin hücumuna məruz qala biləcəyini bildirib. "Rusiya hərbçilərini cəsəd torbalarında evə göndərməyə davam edəcək və Moskva resurslarını, hətta yenidən təyyarələrini itirməyə davam edəcək", - Kirbi əlavə edib.

Sentyabrın 27-də ABŞ-ın müdafiə naziri Eşton Karter Rusiyanı Suriyada vətəndaş müharibəsini alovlandırmaqda ittiham edib.

Rusiya XİN-nin rəsmisi Mariya Zaxarova Con Kirbinin bəyanatına cavab verib. O, Kirbinin sözlərini bir diplomat şərhindən daha çox itlərə verilən "fas" komandasına oxşadıb.

Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov BBC World telekanalına müsahibəsində deyib ki, Rusiyada mümkün terror aktları haqqında ABŞ-ın bəyanatları qəbuledilməz təhdiddir.

ABŞ prezidenti Barak Obamanın administrasiyasında isə Suriya hökumət qoşunlarının Rusiyanın dəstəyi ilə Hələbə hücumuna cavab olaraq daha sərt tədbirlər barədə müzakirələr başlayıb.

ABŞ-ın atacağı sərt addımlara gəlincə, bura Suriya müxalifətinə daha müasir silahların çatdırılmasından tutmuş Suriya ordusuna aviazərbələrin endirilməsi qədər müxtəlif variantlar nəzərdən keçirilir.

Azad Suriya Ordusu ilə Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında – Əl-Bab bölgəsində toqquşa bilər.

Yerli mənbələrin verdiyi məlumata görə, Suriya ordusu Əl-Babın İŞİD-dən azad edilməsi üçün əməliyyata hazırlaşır. Hazırlıq çərçivəsində Suriya ordusunun elit birliyi olan "Pələng Birlikləri" bölgəyə yerləşdirilir.

Eyni zamanda, Azad Suriya Ordusu ilə Türkiyə Əl-Bab əməliyyatı üçün hazırlaşır. Türkiyə Əl-Babın azad edilməsi üçün "A" və "B" planları hazırlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

"Daha qanlı" SSENARİ

Həftə ərzində Türkiyədə "daha qanlı" ssenarinin reallaşması ehtimalları gündəmə gəldi.

Təqaüddə olan polkovnik Həsən Atilla Uğurdan sonra daha bir mütəxəssis Türkiyədə ikinci bir hərbi çevriliş barədə xəbərdarlıq edib.Təhlükəsizlik mütəxəssisi, keçmiş "bordo bereli" Mete Yarar xuntaçıların hər cəbhədə yenidən toplandıqlarını deyib. O, xüsusilə xaricdəki qruplar vasitəsilə ilk hücumların başladığını bildirib.

Daha əvvəl Həsən Atilla Uğur "Yeni Şafak" nəşrinə müsahibəsində Türkiyəni ikinci bir çevriliş cəhdinə hazır olmağa çağırıb. Polkovnik 15 iyul tarixində yaşanan çevriliş cəhdindən sonra təhdidin hələ aradan qaldırılmadığını deyib və ikincinin daha qanlı olacağını bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Şimon Peres həyatını itirdi

İsrailin siyasi həyatının son 50 ilində önəmli yer tutan, Yaxın Şərqin siyasi gələcəyinin müəyyənləşdirilməsi baxımından bir çox kritik qərarların altında imzası olan İsrailin keçmiş prezidenti Şimon Peres sentyabrın 27-dən 28-nə keçən gecə 93 yaşında vəfat etdi.

O, sentyabrın 30-da yəhudi dövlətinin rəhbərləri və sionist hərəkarının liderlərinin dəfn olunduğuMilli liderlər xatirə xiyabanında son mənzilə yola salındı. Mərasimdə 70-dən çox ölkənin nümayəndə heyətləri iştirak edib.

Şimon Peresi son mənzilə salanlar arasında olan Fələstin liderləri Mahmud xüsusi diqqət mərkəzində idi. Fələstin xalqı və ölkədəki bir sıra siyasi qruplar qarşı çıxmasına baxmayaraq, Fələstin lideri Yerusəlimə getdi və İsrailin baş naziri Benyamin Netanyahunun əlini sıxaraq onunla qısa söhbət etdi.

Təzminat xəbəri: təsadüf, yoxsa...? Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Feridun Sinirlioğlu dəfn mərasimində iştirak etdiyi vaxtda İsrail "Mavi Mərmərə" gəmisinə hücuma görə ödəməli olduğu 20 milyon dollarlıq təzminatı Türkiyə Ədliyyə Nazirliyinin hesabına yatırıb.

Region hərbiləşir, Türkiyə Qarabağda... - "Tam Məxfi"

Rusiyanın sərhədləri boyunca gərginlik qövsü yaradılır. Bu barədə Rusiyanı məşhur "Soverşenno sekretno" (Tam Məxfi) nəşri yazıb.

Nəşr Türkiyədəki 15 iyul dövlət çevrilişinə cəhddən sonra regionda baş verən hadisələr fonunda Dağlıq Qarabağ münaqişəsinə diqqət çəkib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistanda sentyabrın 21-də keçirilən hərbi parad zamanı nümayiş olunan "İsgəndər-M" raket kompleksləri beynəlxalq siyasi və hərbi ekspertlərin diqqətini yenidən Rusiya və NATO münasibətlərinə yönəldib. Beynəlxalq ekspertlər Rusiyanın Ermənistan ərazisində "İsgəndər-M" raketlərini NATO təhdidinə qarşı yerləşdirdiyini düşünürlər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Atlantik Məsləhət Şurasının üzvü, siyasi jurnalistikada ixtisaslaşmış Barbara Slavina ABŞ-ın məxfi planından danışıb.

"Orta və Cənub-Şərqi Asiya ölkələri üçün Amerikanın uzunmüddətli planı" (U.S. long-term Program for Central, Southeast Asia) adlı materialda Dağlıq Qarabağ da daxil olmaqla bir sıra regionlarda həyata keçiriləcək planlar öz əksini tapıb. Maraqlıdır ki, planda ən diqqətçəkən məqamlardan biri də Dağlıq Qarabağla bağlıdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

BEYNƏLXALQ QRUP: 298 nəfəri Moskva öldürüb

2014-cü ildə Ukraynanın şərqində Malayziyanın "Boeing-777" sərnişin təyyarəsinin qəzasını araşdıran beynəlxalq qrup bu həftə mətbuat konfransı keçirib. Qrupun gəldiyi nəticəyə görə, təyyarəni vuran "Buk" zenit-raket kompleksi Rusiyadan Donbasdakı separatçılara çatdırılıb və təyyarə vurulduqdan sonra geri qaytarılıb.

Müstəntiqlər iddia edirlər ki, təyyarə "Buk" zenit-raket kompleksindən buraxılmış 9M38 seriyalı raketlə vurulub. Raketin buraxıldığı əraziyə – Pevomayskiy qəsəbəsinə 2014-cü ilin iyulunda rusiyayönlü döyüşçülər tərəfindən nəzarət edilirdi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

"ABŞ 1-2 gün ərzində Güləni..." - RƏSMİ

"ABŞ Türkiyənin Fəthullah Gülənin müvəqqəti həbsi tələbi ilə əlaqədar 1-2 gün ərzində qərarını bildirəcək". Bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib.

Ərdoğandan müharibə elanı kimi BƏYANAT: "O torpaqlar bizim idi..."

"1921-ci ildə bizə Sevr anlaşmasını, 1923-cü ildə bizə Lozanna razılaşmasını sırıdılar. Bumu zəfər?"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu sözləri kənd icra nümayəndələri ilə görüşdə deyib. "Bəziləri Lozannanı "zəfər" adlandıraraq udmağımıza çalışdılar. Qışqırsan səsimizin eşidiləcəyi adaları verdik. Oralar bizim idi", - prezident bildirib.

Onun sözlərinə görə, 15 iyul çevriliş cəhdi müvəffəqiyyətli olsaydı, Türkiyə Sevri belə axtaracaq vəziyyətdə olardı.

İki ölkə nüvə müharibəsinin astanasında

Dünyanın başının Yaxın Şərqdəki münaqişələrə qarışdığı bir vaxtda planetin digər bir yerində daha dəhşətli qarşıdurma başlaya bilər. Söhbət iki nüvə dövləti arasındakı müharibədən gedir.

Sentyabrın 29-da Pakistan-Hindistan sərhədində qan tökülüb. İslamabad Hindistan əsgərlərini Pakistan istiqamətində atəş açmaqda ittiham edib. Pakistanlılar Hindistana artilleriya atəşi ilə cavab veriblər. Hər iki tərəfdən onlarla itkinin olduğu bildirilir.

Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif Hindistanı nüvə silahı ilə məhv etməklə hədələyib."Əgər Hindistan müharibəni bizim boynumuza qoymağa cürət edərsə, biz onu məhv edəcəyik. Pakistan ordusu Hindistan tərəfindən ediləcək istənilən hücuma cavab verməyə tamamilə hazırdır", - Pakistanın müdafiə naziri bildirib.

Hindistan İslamabaddan verilən bu bəyanatdan sonra sərhəd zolağının 10 kilometr dərinliyində olan bütün əhalinin təxliyəsinə başlayıb və qoşunlarını təcili yenidən qruplaşdırır.

ABŞ-Səudiyyə Ərəbistanı arasında "soyuq müharibə"

Səudiyyə Ərəbistanı 11 sentyabr hücumları ilə əlaqədar xarici ölkələrə məhkəmə iddiası qaldırılmasına imkan verən qanuna görə ABŞ-ı "faciəli nəticələr"lə təhdid edib.

9/11 (2001-ci il 11 sentyabr) qanunu üzrə Konqresin qərarı prezident Obama üçün daxili siyasi məğlubiyyət hesab edilir.

Qanun 11 sentyabr terror aktlarının qurbanlarına istənilən başqa ölkəyə qarşı ittihamları qaldırmağa icazə verir. Səudiyyənin narahatlığı isə onunla bağlıdır ki, terror aktında istifadə olunan təyyarələrin oğurluğunda iştirak etmiş 19 terrorçudan 15-i Səudiyyə Ərəbistanının vətəndaşı idi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

11 sentyabr 2001-ci il terror hücumuna görə Səudiyyə Ərəbistanına qarşı ilk məhkəmə iddiası qaldırılıb. Terror hücumu zamanı ərini itirən Stefan Ross Desimon Səudiyyə Ərəbistanını məhkəməyə verib.

"Qadınları donuz və it adlandırırdı" - İlk debatda ŞOK İTTİHAMLAR

Həftənin ilk günündə ABŞ prezidentliyinə namizədlər – respublikaçı Donald Tramp və demokrat Hillari Klinton arasında ilk teledebat baş tutub.

##151744##

Roma Papasının Gürcüstan və Azərbaycan səfəri

Roma Papası Fransisk dünən Gürcüstan və Azərbaycana üç günlük səfər edib. Katolik liderin ilk dayanacağı Tiflis olub. Oktyabrın 2-də səhər saatlarında dini lider Tiflisdən Bakıya gələcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm