Nida.az
S.Seyidov: “AŞPA-da Azərbaycanda keçirilən referendumla bağlı ayrıca müzakirə olmayacaq”
"Venesiya Komissiyasının rəyi Avropa Şurasının mütləq fikri deyil"
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanda
keçirilən referendum ayrılıqda müzakirə olunmayacaq.
Bunu APA-ya açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə
heyətinin rəhbəri Səməd Seyidov bildirib.
S. Seyidov deyib ki, AŞPA-nın hər bir sessiyası başlayanda Avropa
Şurasının yarım il ərzində gördüyü işlər haqqında ümumi məlumat
verilir: "Ola bilər ki, bu kontekstdə Azərbaycanda keçirilən
referenduma toxunulsun Ancaq ayrılıqda Avropa Şurası Parlament
Assambleyasında Azərbaycanda keçirilən referendumla bağlı müzakirə
nəzərdə tutulmayıb".
Avropa Şurası Venesiya Komissiyasının Azərbaycan Konstitusiyasına
təklif olunan dəyişiklik və əlavələrlə bağlı rəyinə də toxunan S.
Seyidov qeyd edib ki, Venesiya Komissiyası Avropa Şurası nəzdində
konsultativ bir orqandır: "Venesiya Komissiyasına Avropa Şurası ilə
bərabər 70-dən çox ölkə üzvdür. Venesiya Komissiyası hansısa ölkədə
nə isə baş verəndə, öz fikrini bildirir. Ancaq Venesiya
Komissiyasının fikri, o cümlədən Azərbaycan Konstitusiyasına
dəyişikliklər və əlavələrlə bağlı fikri Avropa Şurasının, yaxud
hansısa qurumun mütləq, həqiqət olan bir fikri deyil. Bu,
münasibətdir. Referenduma münasibəti Venesiya Komissiyası da,
Azərbaycana referendumu müşahidə etməyə gələn müşahidəçilər də,
digər beynəlxalq təşkilatlar da bildirə bilər. Bu rəylərdən biri də
Venesiya Komissiyasının rəyidir. Ona görə də Venesiya
Komissiyasının rəyini əsas bir rəy kimi təqdim etmək qətiyyən
düzgün deyil. Müxtəlif rəylər ola bilər. Məsələn, müxalifətin,
Venesiya Komissiyasının, Azərbaycana gəlmiş müşahidə missiyalarının
hər birinin öz rəyi var".
S. Seyidov qeyd edib ki, başqa rəyləri bir kənara qoyaraq hansısa
məsləhətçi bir qurumun rəyini əsas rəy kimi təqdim etmək düzgün
deyil.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!