“Ermənistanın terrorçu, cinayətkar prezidentinin çıxışı...”
Bizi izləyin

Nida.az

“Ermənistanın terrorçu, cinayətkar prezidentinin çıxışı...”

“Ermənistanın terrorçu, cinayətkar prezidentinin çıxışı...”

“Prezident İlham Əliyev öz mövqeyi ilə bir daha bütün dünyaya bəyan etdi ki, Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir və bu iki dövlət arasındakı münasibətlər günü-gündən inkişaf edir”.

Publika.Az xəbər verir ki, bu barədə Milli Məclisin Qarabağ bölgəsindən olan deputatı Elman Məmmədov deyib. Onun sözlərinə görə, Şərq Tərəfdaşlığı Sammitində Ermənistanın terrorçu, cinayətkar prezidentinin çıxışı onun cılızlığını, səviyyəsizliyini bir daha sübuta yetirib.

“Çünki Sarkisyan beynəlxalq tədbirdə iştirak etməyən bir dövlətin arxasınca danışıb. Ermənilər öz məkrli niyyətlərini reallaşdırmaqdan ötrü daim insanlıq amilini arxa plana atırlar. Onlar nə soyqırımı iddiasından, nə Türkiyəyə qarşı ərazi iddiasından geri çəkilmək niyyətində deyillər.

Ona görə də başda Sarkisyan olmaqla, onların cavabı verilməsə, burunları əzilməsə, yerində otuzdurulmasa, ermənilər heç Azərbaycan torpaqlarını da işğaldan azad etmək fikrində olmazlar”-deyə millət vəkili bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm