Hansı ölkələrdə “erməni dövləti” yarana bilər? - SOS-Araşdırma
Bizi izləyin

Nida.az

Hansı ölkələrdə “erməni dövləti” yarana bilər? - SOS-Araşdırma

Hansı ölkələrdə “erməni dövləti” yarana bilər?- SOS-Araşdırma

“Əgər ermənilər hər yaşadıqları yerdə öz müqəddəratını təyin etməyi davam etdirsələr, nə baş verər?!”.
Prezident İlham Əliyev Praqada keçirilən “Şərq Tərəfdaşlığı” sammitində çıxışı zamanı ermənilərin “öz müqəddəratının təyin etmə” prinsipinə toxunaraq bunun dünyada xaos yaradacağına işarə vurub. Dövlət başçısı “Onlar burada- Çex Respublikasında, Gürcüstanda, Rusiyada, Amerikada, yaşadıqları istənilən yerdə eyni yanaşma göstərə bilərlər” deyə dünyanın buna qarşı çıxmasını tələb edib.


Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş vəziyyətdə qaldığı bu günə qədər aparılan danışıqlarda İrəvanın əsas yanaşması xalqların öz müqəddəratını təyin etmə prinsipidir. Bakı isə bu prinsipə hörmətlə yanaşdığını, lakin hər şeydən əvvəl ərazi bütövlüyü prinsipinin gəldiyini irəli sürür. Bu məsələ Helsinki Yekun Aktında göstərilir.

1975-ci ildə qəbul edilən bu aktda əsas 10 prinsip var və bu siyahıda ilk yerləri sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü məsələsi gəlir. Daha sonra bərabərlik və xalqların öz müqəddəratını təyin etmək hüququ gəlir ki, bu da ilk prinsiplərin-ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı məsələsi pozulmadan reallaşa bilər.
Lakin bu gün Ermənistan “öz müqəddəratını təyin etmə”
prinsipini əldə bayraq edərək işğal etdiyi torpaqlardan çəkilmək istəmir. Prezident İlham Əliyev haqlı olaraq “bu yanaşmanı hər yerdə göstərə bilərlər” deyir.
Həqiqətən də ermənilərin “prinsipi” ilə yanaşılsa, dünyanın bir çox ölkələrində erməni dövləti yaradılmalıdır. Halbuki, beynəlxalq hüquq buna qarşıdır. Bu günlədə məşhur amerikalı politoloq Zbiqnev Bjeziniskiy də vurğulayıb ki, sərhədlərin toxunulmazlığı əsasdır və heç bir ölkədə etnik amilə görə vətəndaşlıq verilmir.

Publika.Az dünyada yaşayan ermənilər və onların “prinsipi”nə görə yaraılmalı olan “erməni dövləti” ilə bağlı araşdırma aparıb.

Rusiya: ermənilərin özlərini yaxşı hiss etdiyi əsas ölkələrdəndir. Bu gün Rusiyada 2 milyona qədər, bəlkə də bundan daha artıq erməni yaşayır.

ABŞ: Diaspor olaraq xeyli irəliləyən ermənilərin bu ölkədəki sayı təxminən 600 minə yaxındır. Onların 5 minə qədəri ABŞ vətəndaşıdır.

Fransa: Erməni diasporunun güclü olduğu bu ölkədə onların sayı 500 minə qədərdir.

Haşiyə: ermənilər bu 3 ölkədə dövlət və biznes çevrəsinə yerləşə biliblər.

Azərbaycan: ermənilər azərbaycan torpaqları hesabına- İrəvan, Zəngəzur, Göyçə- öz dövlətlərini yaradıblar, lakin bununla yanaşı, Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonunu işğal altında saxlayırlar və özlərinə məhz “öz müqəddəratını təyin etmə” prinsipi ilə haqq qazandırırlar. Həmçinin, Azərbaycanın digər ərazilərində də iddiaları səngimək bilmir.
Azərbaycan torpaqlarında ermənilərin sayı 120300-dür. Lakin Statistika Komitəsinin 1999-cu və 2009-cu il siyahıya almalarının erməni millətinə aid olan rəqəmləri qeyri-dəqiq xarakter daşıyır və bu rəqəmlər müəyyən araştırmalar və müqayisəli hesablamalar əsasında alınıb.

Türkiyə: 2008-ci ilə olan məlumata əsasən bu ölkənin təxminən 60.000 erməni kökənli vətəndaşı vardır. Bundan əlavə təxminən 100.000 nəfər Ermənistan vətəndaşı qeyri-qanuni olaraq Türkiyədə işçi olaraq çalışmaqdadır.

İran: Son statistikaya görə, İran əhalisinin 0,13 faizini ermənilər təşkil edir.

Tacikistan: 21-30 sentyabr 2010-cu il ümumtacikistan əhali siyahıyaalınmasına əsasən 7.564.502 nəfər olan ölkə əhalisinin 434 nəfəri etnik ermənilərdən ibarətdir.

Suriya: bu ölkədə 70-80 min civarında erməni yaşayır.

İraq: 2003-cü ildə ABŞ İraqda hərbi əməliyyatlara başladığı zaman bu ölkədən 25.000-dən çox erməni yaşasa da müharibənin təsiri ilə ölkədə yaşayan ermənilərin 40%-ə qədəri digər ölkələrə köç etdi.2012-ci il üçün İraqda ermənilərin sayı 15.000-16.000 nəfərə qədərdir.

Livan: Bu ölkədə 100 minə qədər erməni yaşayır.

Misir: ermənilərin sayı 10-11 min arasındadır.

Sudan: Əvvəllər ermənilərin sayı minlərlə ölçülsə də, onlar tədricən azalıb və hazırda bu ölkədə 50-ə qədər erməni əsilli vətəndaş yaşayır.

Efiopiya: burda da ermənilərin sayı 50 nəfər qədərdir.

Bununla yanaşı, ermənilər Cənubi Amerika ölkələrində də özlərinə yer edə biliblər.

Dünya ölkələrində yaşayan ermənilərin əksəriyyəti diaspor olaraq formalaşıb. Lakin tədricən bir çox ölkələrdə kompakt yaşadıqları üçün etnikləşiblər. İndi Ermənistanın məlum “prinsipi” ilə yanaşsaq, bu ölkələrin əksəriyyətində bir “erməni dövləti” yaradılmalıdır, nə qədər qeyri-məntiqli yanaşma olsa da. Hər-halda bu, beynəlxalq ictimaiyyət üçün bir siqnal olmalıdır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm