"Türkiyədə Xocalı soyqırımla bağlı edilən düzəliş aradan qaldırılmalıdır"
Bizi izləyin

Nida.az

"Türkiyədə Xocalı soyqırımla bağlı edilən düzəliş aradan qaldırılmalıdır"

"Türkiyədə Xocalı soyqırımla bağlı edilən düzəliş aradan qaldırılmalıdır"

Türkiyənin Uşak vilayətində Xocalı soyqırımı qurbanlarının xatirəsinə tikilən abidənin adı dəyişdirilməsinə kəskin etirazını bildirən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı mətbuatda bununla bağlı çıxış edib.

Publika.az xəbər verir ki, onun sözlərinə görə, bu hadisə baş veribsə, birbaşa bütün Türk dünyasına qarşı olan addımdır:”Xocalı bütün türk dövlətlərinin ortaq dərdidir, soyqırımıdır. Abidənin üzərindən soyqırımı pozub qətliam yazmaq nə deməkdir? Ermənilər buna etiraz edib deyə, dəyişdiriblər. Hamı da bilir ki, Türkiyə hökümətinin razılğı olmadan bu addımı atmaq olmaz. Sonra da deyirlər ki, biz danışırıq. Etiraz edirik. İndi danışmayasan nə edəsən?! Buna nə sözünüz?!

Axı biz görürür ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Türkiyə dövlətinə qarşı böyük addımlar atır və daim Türkiyənin milli maraqlarının müdafiəçisi kimi çıxış edir və müdafiə edir! Hər zaman Türkiyəyənin yanında olur və böyük dəstəklər verir. Bütün bunların müqabilində Türkiyə dövləti Azərnaycana nə edir? Biz həmişə arzulamışıq ki, İlham Əliyevin Türkiyəyə olan sevgisinin və münasibətinin qarşılığını Ərdoğan Azərbaycana etsin. Ərdoğan İlham Əliyevin Türkiyəni sevdiyi qədər Azərbaycanı sevsin! Ərdoğana yalatqlanmaq peşənizdən əl çəkin! Ərdoğanın maraqlarını deyil, Azərbaycanın milli maraqlarından çıxış edin! Düşünürəm ki, tezliklə abidəyə olunan düzəliş tez bir zamanda aradan qaldırılacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm