Generalların həbsi ilə bağlı Müdafiə Nazirliyindən rəsmi cavab - Özəl
Bizi izləyin

Nida.az

Generalların həbsi ilə bağlı Müdafiə Nazirliyindən rəsmi cavab - Özəl

“Mahmud Həmzəyev ordu sıralarından artıq ehtiyata buraxılıb. Çingiz Şəfiyev isə xidmətdədir. Bu şəxslərin istintaqa çağırılması, yaxud belə bir istəyin olması kimi proses yoxdur”.

Bu barədə Müdafiə Nazirliyin mətbuat xidmətindən Publika.Az-a məlumat verilib. Məlumata görə, sabiq nazir Səfər Əbiyev və onun dövründə işləmiş zabitlərlə bağlı hər-hansı istintaq aparılmır: “Kimsə həbs edilən də siz də biləcəksiniz, biz də. Hazırda belə bir şey yoxdur”.

Qeyd edək ki, Səfər Əbiyevin dövründə nazirlikdə mənimsəmələrin olduğuna dair xəbərlər yayılıb və hazırda bu iş üzrə istintaq gedir. Məlumatlara görə, iki həftə ərzində general Çingiz Şəfiyev və Mahmud Həmzəyev də istintaqa çağırılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm