"Heç bir mənimsəmə olmayıb" - PROREKTOR
Bizi izləyin

Nida.az

"Heç bir mənimsəmə olmayıb" - PROREKTOR

“Hesablama Palatası universitetdə yoxlama aparıb, amma hər-hansı bir yeyinti faktı, xüsusən də 190 min manatlıq mənimsəmə olmayıb”.

Bu barədə Azərbaycan Turizm Universitetinin (ATU) prorektoru Eldar Aslanov Publika.Az-a açıqlamasında universitetdə 190 min manat mənimsəmə olduğu və həbslərin gözlənildiyi barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Prorektor qeyd edib ki, Hesablama Palatası bir sıra nöqsanlar tapıb: “Amma bu nöqsanlar dərs saatlarının düzgün olmaması, mebellərin çatışmazlığı kimi xırda nöqsanlardır. Daha yeyinti olması, 190 min manatın mənimsənilməsi yalandır”.

E. Aslanov bildirib ki, hazırda bu məsələni Hesablama Palatası ilə aydınlaşdırırlar.

Qeyd edək ki, müsavat.com-un əldə etdiyi məlumata görə, Hesablama Palatası bir sıra nazirliklərdə, tədris müəssisələrində, dövlət qurumlarında yeyinti aşkarlayıb. Onların arasında ATU-nun da adı var.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm