Azərbaycana “Rus təhlükəsi” - Xəbərdarlıq
Bizi izləyin

Nida.az

Azərbaycana “Rus təhlükəsi” - Xəbərdarlıq

Azərbaycana “Rus təhlükəsi”-xərəbdarlıq

Bu gün Azərbaycanın bir qrup siyasi partiya, vətəndaş cəmiyyəti nümayəndəsi və ziyalı Müsavat Partiyasının mərkəzi qərargahında toplantı keçirib. Rusiya təhlükəsinə həsr olunmuş toplantıda Azərbaycan xalqına müraciət qəbul olunub.

Publika.Az-a daxil olan müraciətdə deyilir ki, “Rus təhlükəsi” real geosiyasi hadisədir: “Putin və onun Gömrük-Avrasiya İttifaqı formasında həyata keçirilən Rusiya ekspansionizmi beynəlxalq təhlükəsizlik və ilk növbədə SSRİ məkanında yaranmış müstəqil dövlətlər, o cümlədən Azərbaycan Respublikasının müstəqilliyi və demokratik inkişafı üçün təhdiddir”.

Qeyd olunur ki, Azərbaycana hərbi müdaxilə, federallaşma, Qarabağ problemi və analoji xarakterli digər problemlərin yaradılacağı ilə hədələmə yalnız şantaj olmayıb rus ekspansionizmi və müstəmləkəçi revanşın uğur qazanacağı halda dövlətçiliyimizin məhv edilməsini şərtləndirən perspektivdir.

“Azərbaycanın bu şantajlara boyun əyib Gömrük İttifaqı və Avrasiya İttifaqına qoşulması onu təhlükələrdən xilas etmir, əksinə, təhlükələri daha da dərinləşdirir. Gömrük-Avrasiya İttifaqı Qarabağın və federallaşma adı altında digər ərazilərimizin itirilməsi, Azərbaycanın türk-islam dünyasından təcrid edilməsi, çağdaş sivilizasiyalı mədəniyyətlər səviyyəsinə çatma, demokratikləşmə perspektivinin birdəfəlik və ya uzun müddətə ləngidilməsidir”-deyə müraciətdə bildirilir.

Müraciətdə deyilir ki, rus təhlükəsi Azərbaycandakı daxili ictimai-siyasi situasiyadan irəli gələn vəziyyətlə ağırlaşır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm