• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Azərbaycanlı fəalın həyatı təhlükədədir

  • Nida.az
  • 28 Aprel 2014 15:28
  • 376 Baxış
Azərbaycanlı fəalın həyatı təhlükədədir

İranda Azərbaycan milli kimliyi uğrunda apardığı dinc mübarizəyə görə iki aya yaxındır Tehranın Evin zindanında saxlanan Həmid Mənafinin həyatı təhlükədədir.

“Media forum” saytının məlumatına görə, Evin zindanının 209-cu korpusunda saxlanan, döş qəfəsindəki ağrılardan və bir sıra digər xəstəliklərdən əziyyət çəkən Həmid Mənafi həbsxana klinikasına köçürülüb. Onun şəhər xəstəxanasında müalicə almasına icazə verilmir.

Həmid Mənafinin həbsxanada müxtəlif psixi təzyiqlərə məruz qoyulduğu bildirilir.

İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Tehran şöbəsinin əməkdaşları azərbaycanlı fəalı martın 8-də iş yerində tutub aparıblar. İş yerində yoxlama aparılıb, Həmid Mənafiyə məxsus bir sıra əşyalar götürülüb.

Fəalı tutarkən ETTELAAT əməkdaşlarının onunla kobud rəftarına etiraz bildirən Həmid Mənafinin həyat yoldaşı təhqir edilib, döyülüb.

Həmid Mənafinin konkret nədə günahlandırıldığı bilinmir.

Həmid Mənafi 2011-ci ilin sentyabr ayında Urmiya gölünün qurumasına hökumətin laqeyd münasibətinə etiraz olaraq keçirilən toplantılara qatıldığı üçün tutulmuş, 20 gün həbsdə saxlandıqdan sonra 40 milyon tümənlik (təxminən 13 min dollar) mülk girovu qoyaraq şərti azadlığa buraxılmışdı.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR