Nida.az
“Azərbaycanda gizli olaraq rus pasportunu daşıyan ləzgilər var”- Putin gəlir - Şok
“Azərbaycanda gizli olaraq rus pasportunu daşıyan
ləzgilər var”- Putin gəlir - Şok
“Xaçmazda yaşayan bəzi ləzgilərin Azərbaycan pasportu ilə yanaşı,
rus pasportları da var. Onlar Rusiya pasportunu gizli formada
daşıyırlar”.
Bu şok açıqlamanı Moskvadakı Azərbaycan diasporunun adının açıqlanmasının istəməyən fəal üzvlərindən biri Publika.Az-a verib.
Qeyd edək ki, bu şəxs həm də Kremlə yaxın siyasətçilərlə intensiv əlaqələrə malikdir, hansı ki, azərbaycanlıların problemlərinin həll olunmasında yaxından iştirak edirlər.
Keçmiş SSRİ-i və çar İmperiyası dövründə Rusiya torpaqları sayılan ərazilərdə yaşayanlara rus pasportunun verilməsinin sadələşirilməsi ilə bağlı Vladimir Putinin sərəncamı haqda danışan mənbəmiz bildirir ki, bundan Azərbaycana qarşı geniş rıçaq kimi istifadə edəcəklər: “Bu gün təəssüflə qarşılansa da, ləzgi kartından istifadə edilir. Moskvada Ləzgi-federal muxtariyyətinə ermənilər də geniş dəstək verirlər. Bu muxtariyyətin başında Arif Kərimov dayanır ki, o həmişə Azərbaycan əleyhinə mövqedədir. Onun ətrafında bəzi institutlarda çalışan ləzgi elmlər namizədləri var və mütəmadi olaraq Azərbaycana qarşı tədbirlər keçirilər. Onların özlərinin xüsusi xəritəsi də var, bu xəritəyə görə Dağıstanın Cənub hissəsi ilə Azərbaycanın Şimal bölgəsi ləzgilərin dövlətidir. Xəritələrinə görə, Azərbaycanda Qəbələyə qədər onlarındır. Hesab edirlər ki, ləzgilərin dövləti kimi Dağıstanın Federal dairəsini yaratmalıdırlar. Həmişə ikiyə bölünmüş xalq məsələsini ortaya atırlar”.
Diaspor üzvü qeyd edib ki, Moskva həmişə bu kartdan istifadə edə bilər. Onun sözlərinə görə, bu məsələ Rusiyada dəyirmi masalarda müzakirə olunur, hətta Prezident hotelində də müzakirə obyektidir: “Rusiyada Federal Mədəni muxtariyyətlər Rusiya büdcəsindən maliyyələşir. Ləzgilər Azərbaycana qarşı tədbir keçirirlərsə deməli bundan Kremlin xəbəri də var”.
Mənbə bildirib ki, Rusiya Azərbaycandan vətəndaşlığından imtina
edənlərin rəsmi qaydada çıxarılmasını gözləmədən onlara vətəndaşlıq
verir: “Bizdə dəqiq məlumat var ki, Azərbaycanda gizli formada rus
pasportunu daşıyan ləzgilər var. Rusiya onları Abxaziya və Osetiya,
eləcə də Dnestryanıda olduğu kimi, lazımi günlərinə saxlayır. Lazım
olan məqamda Azərbaycanda rus vətəndaşlarının ortaya
çıxardacaq”.
Qeyd edək ki, Abxaziya-Osetiya və Dnestryanı münaqişələrinin əsas
oxşarlığı qəbul rus pasportlu insanların ortaya çıxması idi. Belə
ki, Rusiya müdaxiləsinə qədər bu bölgələrdə rus vətəndaşları yox
idi. Lakin birdən-birə rus pasportlu vətəndaşların ortaya çıxması
Kremlin ssenarini əvvəldən yazdığı qənaətini yaratdı. Görünür,
Moskva eyni ssenarini Azərbaycan üçün də hazırlayır. Bu arada
Kremlin ideoloqu Aleksandr Duqinin “Rusiya Azərbaycana qarşı əsasən
ləzgi-talış kartından istifadə edəcək” açıqlaması da təsadüfi
sayılmamalıdır.
Asif Nərimanlı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”