“Elşad İsgəndərovu neçə ildir tanıyıram, o nurçu deyil” - ÖZƏL
Bizi izləyin

Nida.az

“Elşad İsgəndərovu neçə ildir tanıyıram, o nurçu deyil” - ÖZƏL

“Elşad İsgəndərovu neçə ildir tanıyıram, o nurçu deyil”

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) keçmiş sədr müavini Elçin Əsgərov Publika.Az-a açıqlamasında DQİDK sədrinin nurçuluğa bağlı olduğuna dair yayılan xəbərlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu xəbərlər yalan və böhtan xarakterlidir.

E. Əsgərov qeyd edib ki, ölkənin dini siyasətini icra edən bir qurumun başına heç vaxt bir nurçu gətirilməz.
“Ümumiyyətlə dövlət komitələrinin sədrləri, müavinləri siyasi postlardır.

Onlar ölkə prezidentinin sərəncamı əsasında təyin olunurlar. Belə adamlar buna qədər Prezident Asministrasiyası, Milli Təhlükəsizlik Nazirliyi və digər strukturlarda yoxlamadan keçir, bu qurumların təqdimatından sonra təyin olunur. Əgər belə bir şey olsaydı buna qədər ortaya çıxardı və heç vaxt belə adam bu vəzifəyə təyin olunmazdı. Bu baxımdan da, yayılan xəbərlər tamamilə yalandır”-deyə komitənin keçmiş sədr müavini bildirib.

Qeyd edək ki, mediada Elşad İsgəndərovun nurçu olduğu və Türkiyə baş naziri Rəcəp Tayyip Ərdoğanın nurçularla bağlı məxfi siyahısında adının ikinci sırada yazıldığı barədə xəbərlər yayılıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm