Kommunistlər “28 aprel”i belə qeyd etdi
Bizi izləyin

Nida.az

Kommunistlər “28 aprel”i belə qeyd etdi

Kommunistlər “28 aprel”i belə qeyd etdi

Azərbaycan Kommunist Partiyası (AKP) “28 aprel bayramını” qeyd edib.

Partiyadan Publika.Az-a verilən məlumata görə, AKP ölkədə sosialist inqilabının 94-cü ildönümü münasibətilə tədbir keçirib.

Tədbirdə Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü, Sumqayıt Şəhər Komitəsinin birinci katibi Sabir Hüseynov “Azərbaycan Kommunist Partiyasının mübarizə yolu” mövzusunda məruzə edib. Məruzə ətrafında çıxışlar olub.

Daha sonra AKP sədri Rauf Qurbanov başda olmaqla tədbir iştirakçıları Azərbaycanda Sosialist inqilabının banisi Nəriman Nərimanovun abidəsini ziyarət edərək heykəlin önünə tər gül dəstələri qoyub.

Qeyd edək ki, AKP aprelin 22-də keçmiş SSRİ-nin qurucusu Vladimir Leninin də ad günün qeyd etmişdilər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm