II Qlobal Cəmiyyət Forumunun II sessiyası keçirilib
Bizi izləyin

Nida.az

II Qlobal Cəmiyyət Forumunun II sessiyası keçirilib

II Qlobal Cəmiyyət Forumunun II sessiyası keçirilib.

II Qlobal Cəmiyyət Forumunun II sessiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, II Qlobal Açıq Cəmiyyətlər Forumunun II sessiyasında Finlandiyanın sabiq Prezidenti, BMT-nin Qlobal Davamlılıq üzrə Ali Səviyyəli Panelinin həmsədri Tarya Halonen, Botsvananın sabiq Prezidenti Festus Moqaç, Moldovanın sabiq Prezidenti Petru Luçinski, Beynəlxalq Yaşıl Xaç Cəmiyyətinin nümayəndəsi Aleksandr Likotal, İsrailin sabiq Baş naziri Ehud Barak, BMT-nin Ətraf Mühitin Mühafizəsi Proqramının icraçı direktoru Akim Ştayner və Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova məruzəçi qismində çıxış edib.

Tədbirin moderatoru Fridrix Erbert Ştiftunq Fondunun İsrail filialının icraçı direktoru Verner Puşra olub.

Panel iclasında davamlı iqtisadi artıma nail olmaq üçün sosial inteqrasiyanın əhəmiyyəti və əldə edilən uğurların da öz növbəsində inteqrasiya, təbii sərvətlər və qlobal sərhədlərdən asılılığı, təmiz texnologiyalar və yaşıl enerjinin vəhdətinin daha çox işlə təmin etməyə və beləliklə də daxili iqtisadi artımı daha da gücləndirməyə xidmət etməsinə dair müzakirələr aparılıb.

Sessiyada iş və həyat təcrübəsindən çıxış edən iştirakçılar gündəlikdə duran məsələlərlə bağlı təcrübə və biliklərinin paylaşıblar.

Panel müzakirədə T.Halonen Skandinaviya modeli, bu ölkələrin iqtisadi sahədə təcrübələrindən söz açaraq qeyd edib ki, gender perspektivləri baxımından qadınlar yaxşı təhsil ala bilərlər, lakin onların potensialından tam istifadə olunmur, onlar cəmiyyətdə geridə qalır: "Bunun isə səbəbləri müxtəlifdir. Sosial iqtisadi islahatlar qadınlara daha geniş imkanlar aça bilər. Bu isə öz növbəsində ölkə iqtisadiyyatında özünün müsbət nəticələrini verəcək".

Sosial inteqrasiyanın mənəvi zərurət olduğunu bildirən Botsvananın sabiq prezidenti F.Moqaç öz çıxışında Afrika ölkələrində hökm sürən yoxsulluq və həyat tərzinə toxunub. Cənubi Afrika Respublikasının qitənin digər ölkələrinə nisbətən inkişafının səbəbləri, İsrailin 70 il öncə və hazırkı iqtisadi durumu, həmçinin Botsvananın iqtisadi tərəqqi yolunda qarşılaşdığı problemlər və hökumətin bu problemləri aradan qaldırmaq istiqamətində atdığı addımlar haqqında iştirakçılara məlumat verib.

İsrailin sabiq Baş naziri E.Barak dayanıqlı iqtisadi inkişaf istiqamətində İsrailin mövcud çatışmazlıqları barədə çıxış edib. O qeyd edib ki, 70-80-ci illərdən sonra İsraildə başlayan əhalinin bərabərsizliyi, cəmiyyətlərdaxili vəziyyətin ürəkaçan olmaması, əmək bazarında mövcud boşluq, əhalinin üçdə birinin əmək bazarına inteqrasiya edə bilməməsi əsas problemlərdən idi.

Moldovanın sabiq prezidenti P.Luçinski isə ölkəsinin Sovet İttifaqından ayrılandan dərhal sonra elmi-texnoloji yeniliklər sayəsində iqtisadiyyatı bərpa edə bilməsini xüsusi vurğulayıb: "Avropa ölkələrinə miqrasiya edən əhalinin sayının artmasına baxmayaraq, bu, dövlət büdcəsdində müsbət saldonun yaranması ilə nəticələndi. Belə ki, dövlət büdcəsinin 1 milyarddan çoxu məhz miqrantların vəsaiti hesabına formalaşmışdı".

Sabiq prezident artıq Moldova Avropa İttifaqı ölkələri ilə vizasız gediş-gəliş rejiminin tətbiqini də xüsusi qeyd edib. Çıxışının sonunda Moldovanın sabiq prezidenti İsrail və Yaponiyanın yaşlı vətəndaşların rifahı və cəmiyyətə inteqrasiyası sahəsində təcrübəsindən BMT-nin bəhrələnməsinin vacib olduğunu bildirib.

Sessiyada çıxış edən Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini S.Həsənova qeyd edib ki, onun gəncliyi Dağlıq Qarabağın işğalı dövrlərinə təsadüf edib və müharibənin, qaçqınlığın Azərbaycan iqtisadiyyatına mənfi təsirinin canlı şahidi olub.

Azərbaycanın keçdiyi iqtisadi inkişaf yolundan danışan S.Həsənova deyib ki, iqtisadi inkişafa yoxsulluğun azaldılması istiqamətində, yəni sosial rifahın yüksəldilməsi ilə başladıq bu isə bizim atdığımız addımları daha məhsuldar etdi: "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası isə zəncirvari bağlı olan bütün istiqamətləri həm öz-özlüyündə, həm də bir-biri ilə uzlaşdırılmış şəkildə əhatə edəcək və başlıca məqsəd olan "dayanıqlı inkişaf" məsələsinə konseptual baxış və yanaşma imkanı yaradacaq".

Sonda dinləyicilər də məruzəçilərlə birgə müzakirələrə qoşulub və mövzu ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm