Deputat oğlunun vəzifəyə keçməsindən danışdı: "Mane ola bilməzdim”
Bizi izləyin

Nida.az

Deputat oğlunun vəzifəyə keçməsindən danışdı: "Mane ola bilməzdim”

Deputat oğlunun vəzifəyə keçməsindən danışdı: “Ona mane ola bilməzdim”

“Mənim oğlum universiteti qurtarıb nazirliyə vəzifəyə getməyib ki. O, təhsil sahəsində çalışan adam idi və belə bir vəzifəyə təyin edilməsi normaldır”.

Bu barədə Azərbaycan “Odlar Yurdu” Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyev Publika.Az-a açıqlamasında oğlu Samir Vəliyevin təhsil nazirinin müşaviri təyin edilməsinə münasibət bildirərkən deyib.

Ə. Vəliyev qeyd edib ki, o cavanların işinə qarışmır: “Hər kəsin öz yolu var, mən xüsusən cavanların işinə qarışmıram. O, müəyyən yaş dövrü keçmiş şəxsdir. Ona mane ola bilməzdim, deyə bilməzdim ki, getmə. Hər-halda belə məsləhət görüblərsə, o da bu addımım təhsilimizə kömək etmək məqsədilə edib”.

Qeyd edək ki, S. Vəliyev bundan əvvəl “Odlar Yurdu” universitetinin prorektoru vəzifəsində çalışırdı. Təhsil naziri Mikayıl Cabbarovun sərəncamı ilə müşavir təyin edilib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm