Müdafiə Nazirliyindən 4 erməni əsgərinin Azərbaycana keçməsinə rəsmi cavab - Özəl
Bizi izləyin

Nida.az

Müdafiə Nazirliyindən 4 erməni əsgərinin Azərbaycana keçməsinə rəsmi cavab - Özəl

Müdafiə Nazirliyindən 4 erməni əsgərinin Azərbaycana keçməsinə rəsmi cavab- Özəl

“Bizdə erməni əsgərlərinin Azərbaycan tərəfinə keçməsi ilə bağlı məlumat yoxdur”.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti Publika.Az-ın sorğusuna cavabında bildirib.

Nazirlik qeyd edib ki, bununla bağlı hər-hansı məlumat olarsa, rəsmi qaydada nazirliyin saytında yerləşdiriləcək: “Amma hazırda belə bir rəsmi məlumat yoxdur”.

Qeyd edək ki, jam.az saytı xəbər yayıb ki, bu gün günorta saatlarında cəbhə xəttinin Füzuli rayonu istiqamətində 4 erməni hərbçisi Azərbaycan tərəfinə keçib. Məlumata görə, biri zabit, digər üçü isə sıravi əsgər olan ermənilər Azərbaycan tərəfinə könüllü keçdiklərini bildiriblər. Həmin ermənilər hərbi hissənin komandirlərinə təhvil verilib və bir neçə saatdan sonra Bakıya göndərilib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm