Suriyadakı azərbaycanlılar Qamət Süleymanovu “agent” elan etdilər - Şok ittihamlar
Bizi izləyin

Nida.az

Suriyadakı azərbaycanlılar Qamət Süleymanovu “agent” elan etdilər - Şok ittihamlar

Suriyadakı azərbaycanlılar Qamət Süleymanovu “agent” elan etdilər-Şok ittihamlar

Suriyada döyüşən azərbaycanlılar Azərbaycan sələfilərinin lideri, “Əbu-Bəkr” məscidinin imamı Qamət Süleymanovu ittiham ediblər.

Publika.Az mücahidlərin saytına istinadən xəbər verir ki, Əsədə qarşı vuruşan azərbaycanlılar Q. Süleymanovu yalan danışmaqda, Səudiyyə ərəbistanına xidmət etməkdə günahlandırıblar: “Qamət Süleymanov Suriyada Əsəd ordusunu dəstəkləməyə çağırır. Bu əsrin məntiqsiz fikridir. O, buradakıların cihad etmədiyini, bunun İslama aid olmadığını da iddia edir. Bildirir ki, Suriyanı Əsədə qarşı vuruşanlar dağıdır, buna son vermək lazımdır. Kimdir bu Qamət Süleymanov?”.

Daha sonra Q. Süleymanov haqqında arayış verən azərbaycanlı mücahidlər onun İslama deyil, xarici güclərə işlədiyini iddia ediblər.

“Süleymanov Səudiyyə Ərəbistanında ilahiyyat fakültəsini bitirdikdən sonra Azərbaycana gələrək özlüyündə İslama dəvət fəaliyyətinə başlayıb. Lakin qısa zamandan sonra azərbaycanlı müsəlmanlar tərəfindən “islama deyil, Səudiyyə siyasətinə, onların mənfəətlərinə və maraqlarına çalışır” deyə tənqidlər yağmağa başladı. Beynəlxalq müstəqil araşdırmaçılara görə, Səudiyyə rejimi dünyada xüsusilə kasıb ölkələrdən gələn tələbələrə təhsil verib beyinlərini doldurduqdan sonra onlara bəzi imkanlar yaradaraq gəldikləri ölkələrə göndərir, öz siyasətlərini həyata keçirmək üçün bir növ qeyri-rəsmi konsul kimi işlədir. Xüsusilə vurğulamaq lazımdır ki, Körfəz ölkələrinin ən zəngini və ABŞ-ın ən yaxın müttəfiqi olan Səudiyyə Ərəbistanı illərdir ölkəni atadan oğula keçmə sistemi ilə idarə edir, krallıqlarına qarşı çıxanları isə sərt cəzalandırır. Bunu da özlərinin yetişdirdiyi “saray alimləri” olan bəzi din adamlarının fətvası ilə qanuniləşdirir. Bütün dünyada Əhli sünnət vəl camaatın müdafiəçiləri o alimlərdir deyərək, bunu da Qamət Süleymanov kimilərin əli ilə ictimaiyyətləşdirir. Kimi dəstəkləmək lazımdırsa, onun kimilərin dili ilə bu həyata keçirilir”-deyə mücahidlər sələfilərin imamını agentlik etməkdə ittiham edirlər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm