Müdafiə nazirindən önəmli tapşırıqlar
Bizi izləyin

Nida.az

Müdafiə nazirindən önəmli tapşırıqlar

Müdafiə nazirindən önəmli tapşırıqlar

Aprelin 29-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiya iclası keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, toplantıda müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, Müdafiə Nazirliyinin baş idarə, idarə və müstəqil xidmət rəisləri, birlik komandirləri, qərargah rəisləri və digər məsul zabitlər iştirak edib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən müşavirədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən həyata keçirilən islahat və quruculuq işləri barədə, həmçinin dövlət rəhbərliyinin ordu quruculuğu sahəsində qarşıya qoyduğu vəzifələr haqqında danışılıb, xidməti məsələlər müzakirə edilib.

Kollegiyaya yekun vuran müdafiə naziri hissə və bölmələrin döyüş qabiliyyətinin artırılaraq yüksək səviyyədə saxlanılması, müdafiə zolağının təkmilləşdirilməsi, nizam-intizamın, hərbi vətənpərvərlik işinin gücləndirilməsi, milli-mənəvi dəyərlərə üstünlük verilməsi və şəxsi heyətə döyüş ruhunun aşılanması, mənəvi-psixoloji vəziyyətinin öyrənilməsi məsələlərinə diqqətin artırılması ilə əlaqədar tapşırıqlar verib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm