Vitse-spiker ABŞ və Fransa səfirliklərindən izahat tələb etdi
Bizi izləyin

Nida.az

Vitse-spiker ABŞ və Fransa səfirliklərindən izahat tələb etdi

Vitse-spiker ABŞ və Fransa səfirliklərindən izahat tələb etdi

“ABŞ və Fransanın Azərbaycandakı hadisələri bu hadisədən doğan bəzi suallara cavab verməlidirlər”.

Bu barədə Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova Publika.Az-a açıqlamasında Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun ölkədən gizli şəkildə çıxmasına bu ölkələrin səfirliklərinin yardım etməsi haqqında yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Vitse-spiker bildirib ki, bütün ölkələrdə, o cümlədən Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndəliklərinin konkret fəaliyyət istiqamətləri var: “Onlar bu istiqamətlər çərçivəsində işlərini davam etdirməlidir. Hesab edirəm ki, bu hadisədən doğan bəzi suallara bu qurumların nümayəndələri cavab verməlidirlər”.

Ortada beynəlxalq hüquq pozuntusunun olmasına gəlincə, B. Muradova birmənalı fikir söyləmək istəmədiyini deyib. Qeyd edib ki, prosesin aydınlaşmasına ehtiyac var.

“Müvafiq qurumların açıqlamaları məsələyə işıq sala bilər. lakin istənilən halda bu hadisənin baş verməsi təəssüfedici faktdır”-deyə vitse-spiker vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm