Zakir Həsənov Serbiyanın eks prezidenti ilə görüşüb
Bizi izləyin

Nida.az

Zakir Həsənov Serbiyanın eks prezidenti ilə görüşüb

Azərbaycanın müdafiə naziri Serbiyanın keçmiş Prezidentini qəbul edib.

Azərbaycanın müdafiə naziri Serbiyanın keçmiş Prezidentini qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, aprelin 29-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edən Serbiyanın keçmiş Prezidenti Boris Tadiçi qəbul edib.

Müdafiə naziri qonaqla Azərbaycan və Serbiya arasında ikitərəfli hərbi əməkdaşlıq, regiondakı hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məsələləri müzakirə edib.

Öz növbəsində, B.Tadiç ölkələrimiz arasında mühüm strateji əməkdaşlığın, dost və mehriban münasibətlərin mövcudluğunu vurğulayıb, Serbiyanın hər zaman Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə tərəfdar olduğunu qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm