Nida.az
"Təklif olunan assosiasiya Azərbaycanın istəyini əks etdirmir"
"Azərbaycan Cənubi Qafqaz regionunun aparıcı iqtisadiyyatına malik bir ölkə kimi Vişeqrad Qrupu (V4) ölkələrinin ən iri ticarət tərəfdaşıdır. Keçən il Azərbaycanın V4 ölkələri ilə ticarət dövriyyəsi 1 milyard ABŞ dollar təşkil edib və bu, artmaqda davam edir".
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Budapeştdə Vişeqrad Qrupu - Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı deyib. Məlumatı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Nazirin sözlərinə görə, sevindirici haldır ki, hər iki tərəf
ticarət portfelinin şaxələndirilməsi üçün ənənəvi enerji
sektorundan kənara çıxaraq və qeyri-neft sektorunun yaratdığı kənd
təsərrüfatı, tikinti, ağır sənaye və əczaçılıq kimi sahələrdə də
imkanlardan yararlanmaq mümkündür. Həmçinin Azərbaycan qeyri-neft
sektoruna investisiyalar baxımından V4 ölkələri üçün olduqca
cəlbedici bazar olaraq qalmaqdadır: "Bu o deməkdir ki, V4 ölkələri,
eləcə də Aİ kontekstində bizim mühüm tərəfdaşlarımızdırlar. Bu
yaxınlarda, biz Praqada Şərq Tərəfdaşlığının 5 illiyini qeyd etdik.
V4 ölkələri iqtisadi, təhlükəsiz və siyasi sahələrdə bir çox
məsələləri əhatə edən yeni öhdəlik mexanizmlərinin qurulması,
inkişafı və möhkəmləndirilməsinə imkan yaradıblar".
E.Məmmədyarov vurğulayıb ki, Azərbaycan Aİ ilə qarşılıqlı
razılaşdırılmış prioritetlər və ümumi maraqlara əsaslanan
münasibətlərin qurulmasında maraqlı olduğunu bildirən mövqeyinə
sadiqdir. Bu əməkdaşlığın dəyəri Azərbaycan ilə Aİ arasında keçmiş
və hazırkı uğurlu əməkdaşlıqla dəyərləndirilir.
Nazirin sözlərinə görə, Azərbaycan Cənub Qaz Dəhlizinin
reallaşmasına imkan yaratmaqla, Avropanın enerji təhlükəsizliyinin
təminatını dəstəkləmək üçün öhdəlik götürüb: "Azərbaycan ilə Avropa
İttifaqı arasında 2011-ci ildə Cənub Qaz Dəhlizinə dair strateji
baxımdan əhəmiyyətli birgə bəyannamənin qəbul olunmasından sonra bu
xüsusda olan əzmimizin təzahürü kimi dəhlizin tez bir şəkildə
inkişafı üçün tərəfimizdən əsas addım atılıb. Trans-Anadolu qaz
kəməri, Cənub Qaz Dəhlizinin strateji orta komponenti kimi,
tənzimləmə və kommersiya baxımdan müəyyənlik yaradaraq
tərəfdaşlarımızı əmin edib ki, Azərbaycanın təbii qazı Avropaya
çatdırılacaq. Keçən yay Azərbaycan qazının Avropadan olan
tərəfdaşlara çatdırılması üçün Trans-Adriatik boru xətti seçilib.
Son olaraq, keçən dekabrda "Şahdəniz-2" layihəsi ilə əlaqədar yekun
investisiya qərarları qəbul edilib. Beləliklə, qarşıdan gələn 4-5
ildə istismara veriləcək Trans-Anadolu və Trans-Adriatik boru
kəmərləri Cənubi Avropadan olan tərəfdaşlarımızın strateji enerji
tələbatını qarşılayacaq və Mərkəzi Avropaya ixrac üçün gələcək yeni
həcmləri müəyyən edəcək. "Şahdəniz-2" eləcə də Avropanın enerji
infrastrukturunda qarşılıqlı bağlılığı artıracaq".
Aİ-nin Şərq Tərəfdaşlığı məkanında olan həlli uzadılmış
münaqişələrlə əlaqədar mövqeyinə dair bir məqamı vurğulayan nazir
bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi ciddi narahatlıq
doğuran məsələ olaraq qalır.
BMT TŞ-nın qətnamələri əsasında münaqişənin ədalətli və tezliklə
həlli və bununla da beynəlxalq səviyyədə tanınmış sərhədləri
çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası, eləcə də
məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması sülh və
sabitliyi gücləndirəcək və hərtərəfli regional əməkdaşlıq üçün
imkanlar yaradacaqdır.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK