Rus bayrağının qaldırıldığı dəqiq ünvan: pasportları kim paylayıb? - Şok faktlar
Bizi izləyin

Nida.az

Rus bayrağının qaldırıldığı dəqiq ünvan: pasportları kim paylayıb? - Şok faktlar

Rus bayrağının qaldırıldığı dəqiq ünvan: pasportları kim paylayıb? - Şok faktlar

“Şimal bölgəsində bir qrup insanın gizli şəkildə rus pasportunu danışması əvvəldən var.

Hətta bir neçə il bundan qabaq bu bölgədəki qeyri-azərbaycanlılara rus pasportları Rusiyanın Azərbaycandakı səfirliyi tərəfindən paylanılıb”.

Bu barədə Şimal bölgəsində fəaliyyət göstərən QHT-nin adının açıqlanmasının istəməyən rəhbəri Publika.Az-a məlumat verib. Onun sözlərinə görə, hazırda kütləvi şəkildə rus pasportlarının paylanılması yoxdur: “Azərbaycan pasportu ilə yanaşı, gizli şəkildə rus pasportlarının alınması hələ Putinin məlum sərəncamından əvvəl olub. Amma bölgədə çox güclü şəkildə Rusiya meyllilik var”.

QHT rəhbəri qeyd edib ki, bölgədə həm də informasiya təxribatı aparılır. Onun sözlərinə görə, bir qrup adam var ki, Rusiyanın xeyrinə xəbərlər yayırlar.

“Xaçmazda deyirlər ki, Qubada Rusiya bayrağı qaldırılıb, Qubada deyirlər bayraq Qusarda qaldırılıb, orda da deyirlər ki, başqa bir yerdə olub. Beləliklə bu informasiya ilə əhalinin diqqətini cəlb edib istiqamətləndirirlər” - deyə o qeyd edib.

Lakin o, təsdiq edib ki, Rusiya bayrağı Qusar mərkəzi parkında qaldırılıb: “Parkda Rusiya bayrağını asıblar, sonra da tez çıxardıblar. Ondan sonra da bu informasiyalar yayılmağa başladı”.

Qeyd edək ki, iki gün öncə Moskvada Azərbaycan diaspor fəallarından birinin verdiyi məlumatda deyilirdi ki, Xaçmazda yaşayan bəzi ləzgilərin Azərbaycan pasportu ilə yanaşı, rus pasportları da var: “Onlar Rusiya pasportunu gizli formada daşıyırlar. Rusiya Azərbaycandan vətəndaşlığından imtina edənlərin rəsmi qaydada çıxarılmasını gözləmədən onlara vətəndaşlıq verir. Bizdə dəqiq məlumat var ki, Azərbaycanda gizli formada rus pasportunu daşıyan ləzgilər var. Rusiya onları Abxaziya və Osetiya, eləcə də Dnestryanıda olduğu kimi, lazımi günlərinə saxlayır. Lazım olan məqamda Azərbaycanda rus vətəndaşlarını ortaya çıxardacaq” (http://publika.az/p/17245).

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm