Vəhhabilərlə qarşı daha bir əməliyyat - MTN-dən rəsmi açıqlama - ÖZƏL
Bizi izləyin

Nida.az

Vəhhabilərlə qarşı daha bir əməliyyat - MTN-dən rəsmi açıqlama - ÖZƏL

Vəhhabilərlə qarşı daha bir əməliyyat- MTN-dən rəsmi açıqlama

Azərbaycanda vəhhabilərlə qarşı daha bir əməliyyat keçirilib.

Publika.Az-ın özəl mənbələrdən əldə etdiyi məlumata görə, dünən gecə Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində xüsusi təyinatlılar vəhhabilərə qarşı əməliyyat keçirib.

Məlumata görə, radikal vəhhabilər mikrorayon ərazisində yerləşən “Şərq bazarı” yaxınlığında bir evə toplaşırmışlar.

Onların məscidlərə getmədiyi, çayxanalarda, ictimai yerlərdə təbliğat apardılığı deyilir. Əsas ehtimal bu qruplaşmanın Suriyaya gedənlərlə əlaqəsinin olmasıdır. Məlumata görə, əməliyyat nəticəsində qruplaşma zərərsizləşdirilib.

MTN-nin mətbuat xidmətinin rəhbəri Arif Babayev Publika.Az-a açıqlamasında bildirib ki, onlarda belə məlumat yoxdur.

“MTN belə bir əməliyyat keçirməyib”-deyə nazirliyin sözçüsü xəbəri təkzib edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm