Rəsul Quliyev necə zavod direktoru işləməsindən danışdı
Bizi izləyin

Nida.az

Rəsul Quliyev necə zavod direktoru işləməsindən danışdı

Bu dəqiqə ölkədə Milli Şura (yəni AXCP ), Müsavat partiyaları var (azdan çoxdan təşkilatlanmış) “El” hərəkatı və ADP öz təşkilatlarını yaratmaq istəyirlər, KXC, AMİP kiçik qüvvələrdir. Bunların hamısı toplam bir yerdə olsa belə ümumi gücləri 5 min adamdan

“Bu dəqiqə ölkədə Milli Şura (yəni AXCP ), Müsavat partiyaları var (azdan çoxdan təşkilatlanmış) “El” hərəkatı və ADP öz təşkilatlarını yaratmaq istəyirlər, KXC, AMİP kiçik qüvvələrdir. Bunların hamısı toplam bir yerdə olsa belə ümumi gücləri 5 min adamdan yuxarı çıxmır”.

Publika.Az xəbər verir ki, bu barədə sabiq spiker Rəsul Quliyev müxalifətin durumu və potensialı barədə bildirib. Onun sözlərinə görə, ölkə əhalisinin 99 faizi ya bu təşkilatları tanımır, ya da müxalifət olduqlarını bilmirlər: “Hökumətin total gücünü qoyaq bir tərəfə, hətta bütün müxalifət bir yerdə olsa belə tək bir nazirin gücündən belə zəifdir. Məgər bu belə deyilmi? Ona görə partiya və qurumların yeni mərhələyə qədəm qoyduq, hakimiyyətin sonu çatıb kimi bəyanatları xalqa söylənilən ağ yalandır. Ətraflarında olanları (azı 70 faizi səthi ağıla malik olan, heç bir işi gücü olmayan) qaçıb dağılışmağa qoymamağa qulluq edən bu şüarlar əslində bu hakimiyyətin ömrünü uzatmağa qulluq edir. Yaxın tarixə nəzər salaq. 2003-cü ildə 70-80 min adam mitinqlərdə iştirak edirdi və onlar kifayət qədər qətiyyətli idilər. 2005-ci ildə 40-50 min adam dəyişikliyə inanırdı və mitinqlərə çıxırdı. İndi prezident seçkisi ərəfəsində maksimum 5000, qiymətlərin qaldırılması ilə əlaqədar cəmi 1000 nəfər mitinqlərə çıxdılar. Bu rəqəmlər müxalifətin total deqradasiya etməsindən xəbər vermirmi?”.

R. Quliyev çıxış yolunu partiya liderlərinin getməsində görür.
“Qonşularımızda heç bir proses getmədən Azərbaycanda rejim dəyişilə bilərmi cavab bir mənalıdır, bəli. Onun üçün nə etmək lazımdır, ilk növbədə deqradasiya olmuş müxalifətin indiki liderləri istefa verib getməlidir. Mən öz həyatımdan misal gətirim. İşlədiyim zavodun direktoru işdən çıxarılmasa və məni onun yerinə təyin etməsəydilər, öz bacarığımı göstərə bilərdimmi? Əlbəttə yox. Gərək o vəzifəni tutardım ki, ondan sonra həmin zavodu düşdüyü vəziyyətdən çıxarmaq üçün bütün intellektual potensialımı səfərbər edim”. Daha sonra o, parlament sədri kimi fəaliyyətini tərifləyib:”Bu, çox elementar məsələlərdir, bunları başa düşməmək xalqın faciəsidir”.

R. Quliyev “Mən burada velosiped kəşf etmirəm. Hər şey göz qabağındadır” deyə əlavə edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm