Leyla Yunusa görə Mehman Əliyev Milli Şuradan gedir? - Açıqlama
Bizi izləyin

Nida.az

Leyla Yunusa görə Mehman Əliyev Milli Şuradan gedir? - Açıqlama

Leyla Yunusa görə Mehman Əliyev Milli Şuradan gedir?-Açıqlama

Mehman Əliyev Milli Şuranın may 3-də keçiriləcək sessiyasında istefasını elan edəcək.

Bu barədə Milli Şuranın adının açıqlanmasını istəməyən üzvü Publika.Az-a deyib. Mənbə iddia edir ki, Leyla Yunusun saxlanılmasından sonra M. Əliyevlə hökumət arasında danışıq olub. Əsas məsələ L. Yunusun ölkədən çıxmasına M. Əliyevin də yardım göstərməsidir.

“Hökumətlə aparılan danışıqlarda Mehman bəyə təklif edilib ki, bu hadisəyə göz yumulacaq, lakin əvəzində Milli Şuradan istefa verəcəksən. Mehman bəy də razılaşıb və növbəti sessiyada istefasının elan edəcək”-deyə məlumatda bildirilir.

Lakin M. Əliyev bunu təkzib edib. Bildirib ki, Leyla Yunus məsələsində görə ona təzyiqlər olmayıb və bu barədə kiminləsə də müzakirə aparmayıb: “Mən 24 ildir fəaliyyət göstərirəm, indiyə qədər bu və ya digər formada təzyiqlər olub. Amma Leyla xanımın işi ilə bağlı heç bir təzyiq, danışıq olmayıb ki, mən bunun qarşılığında Milli Şuradan imtina edib geri çəkilim. Xüsusi olaraq qeyd edirəm, bu məsələ ilə bağlı hökumətlə heç bir söhbəti olmayıb”.

O, Milli Şurada istefa vermək fikrində olmadığını, qurumun növbəti sessiyasında da iştirak edəcəyini bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm