Qamət Süleymanov agent ittihamlarından danışdı: “Mənə dəfələrlə sui-qəsd olub”
Bizi izləyin

Nida.az

Qamət Süleymanov agent ittihamlarından danışdı: “Mənə dəfələrlə sui-qəsd olub”

Qamət Süleymanov agent ittihamlarından danışdı: “Mənə dəfələrlə sui-qəsd olub”

“O kəslər ki, bu cür fikirli adamlara qarşıdır, onlara görə həmin kəs hansısa ölkənin agentdidir. Onların yanaşmasına görə, agent olmamaq üçün mütləq onların dediyini deməlisən”.

Bu barədə “Əbu-Bəkr” məscidinin imamı Qamət Süleymanov Publika.Az –a açıqlamasında Suriyada döyüşən azərbaycanlı mücahidlərin onu Səudiyyə Ərəbistanının agenti adlandırmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, internet aləmi açıq olduğu üçün kim nə istəyir yazır, nə istəyir danışır. O, bu cür sözlərə fikir verməməyi tövsiyə edib.

Q. Süleymanov qeyd edib ki, tənqid etdiyi radikal fikirli şəxslər tərəfindən ona qarşı dəfələrlə sui-qəsd olub.
“2008-ci ildə məscidi partladanlar da onlar idi. Ondan əvvəl də mənə qarşı dəfələrlə bu cür hərəkətlərə yol verilib. Hazırda sakitlikdir, amma məsələ açıq qaldığı üçün bu cür fikirlər hələ də var. Amma əlhəmdüllah nə də olsa biz öz mövqeyimizdə, öz fikrimizdəyik”-deyə sələfilərin lideri bildirib.

Qeyd edək ki, Suriyada döyüşən azərbaycanlılar Qamət Süleymanovu Səudiyyə ərəbistanına agentlik etməkdə ittiham ediblər.

“Süleymanov Səudiyyə Ərəbistanında ilahiyyat fakültəsini bitirdikdən sonra Azərbaycana gələrək özlüyündə İslama dəvət fəaliyyətinə başlayıb. Lakin qısa zamandan sonra azərbaycanlı müsəlmanlar tərəfindən “islama deyil, Səudiyyə siyasətinə, onların mənfəətlərinə və maraqlarına çalışır” deyə tənqidlər yağmağa başladı. Beynəlxalq müstəqil araşdırmaçılara görə, Səudiyyə rejimi dünyada xüsusilə kasıb ölkələrdən gələn tələbələrə təhsil verib beyinlərini doldurduqdan sonra onlara bəzi imkanlar yaradaraq gəldikləri ölkələrə göndərir, öz siyasətlərini həyata keçirmək üçün bir növ qeyri-rəsmi konsul kimi işlədir. Xüsusilə vurğulamaq lazımdır ki, Körfəz ölkələrinin ən zəngini və ABŞ-ın ən yaxın müttəfiqi olan Səudiyyə Ərəbistanı illərdir ölkəni atadan oğula keçmə sistemi ilə idarə edir, krallıqlarına qarşı çıxanları isə sərt cəzalandırır. Bunu da özlərinin yetişdirdiyi “saray alimləri” olan bəzi din adamlarının fətvası ilə qanuniləşdirir. Bütün dünyada Əhli sünnət vəl camaatın müdafiəçiləri o alimlərdir deyərək, bunu da Qamət Süleymanov kimilərin əli ilə ictimaiyyətləşdirir. Kimi dəstəkləmək lazımdırsa, onun kimilərin dili ilə bu həyata keçirilir”-deyə mücahidlərin saytında bildirilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm