“Xalq diplomatiyası”ndan qaranlıq məqsədlər üçün istifadə edilir”
Bizi izləyin

Nida.az

“Xalq diplomatiyası”ndan qaranlıq məqsədlər üçün istifadə edilir”

“Xalq diplomatiyası”ndan qaranlıq məqsədlər üçün istifadə edilir”

“Münaqişə tərəfləri arasında aparılan danışıqlarda irəliləyiş olmadığı halda prosesə ciddi detal kimi əlavə etməyə çalışdıqları “xalq diplomatiyası”nın effekt verəcəyini düşünmürəm. Bu günə qədər də ortada bu fikri əsaslandırmağa şərait yaradan bir çox hallar var”.

Bu barədə Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova Publika.Az -a açıqlamasında deyib. Onun sözlərinə görə, bu amil prosesdə kiçik bir istiqamət ola bilər: “Yalnız o zaman bundan danışmaq olar ki, ortada bu və ya digər razılaşma, irəliləyiş olsun və bu irəliləyişi gücləndirmək, birgə yaşayışı, xalqlar arasında əməkdaşlığı müzakirə etmək üçün bu rıçaq işə düşsün. Ortada hansısa irəliləyişlər olmadığı halda, “xalq diplomatiyası” nə verə bilər? bütün bunlara kompleks şəkildə yanaşmaq və ümumi prosesin bir hissəsi kimi qiymət vermək lazımdır. Ayrılıqda bu heç bir effekt vermir, hansı ki, faktlar da bunu sübut edir”.

B. Muradova qeyd edib ki, hazırki vəziyyətdə bu daha çox Ermənistanın xeyrinə işləyir.

“Halbuki, belə bir görüntü yaradılmasına baxmayaraq, insanlar arasında görüşlərin keçirilməsində, icmaların yaxınlaşmasına ermənilər də konstruktiv mövqe nümayiş etdirmirlər. Sadəcə olaraq beynəlxalq təşkilatların, bu və ya digər fondların layihələri çərçivəsində “xalq diplomatiyası”na dəstək verməyə meylli mövqe nümayiş etdirməyə çalışırlar. Bu da dünya ictimaiyyətini aldatmağa yönəlib. Dünya ictimaiyyəti isə bunu görür və aldanmır. Bu proses yalnız Leyla Yunus kimi adamlara və belə adamların mövcud olmasından istifadə edən dairələrə lazım ola bilər. lakin bunun danışıqlar prosesində heç bir təsiri yoxdur. Bundan yalnız bəzi dairələrin imitasiya etməsi, görüntü yaratması və digər qaranlıq məqsədləri üçün istifadə edilir”-deyə vitse-spiker vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm