Liberman Məmmədyarovla görüşdü - FOTO
Bizi izləyin

Nida.az

Liberman Məmmədyarovla görüşdü - FOTO

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan İsrailin xarici işlər naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Publika.az xəbər verir ki, görüş zamanı Azərbaycanla İsrail arasında siyasi, iqtisadi, ticarət, elmi-texniki və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında müzakirələr aparılıb. E.Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barəsində məlumat verərək, münaqişənin həll edilməsi üçün Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib. Nazir əlavə edib ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməlidir. A.Liberman Azərbaycandakı yəhudi icmasının iki ölkə arasındakı münasibətlərin inkişafında rolunu müsbət qiymətləndirib. Görüşün sonunda Azərbaycan və İsrail xarici işlər nazirlikləri arasında müntəzəm diplomatik məsləhətləşmələr haqqında protokol imzalanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm