• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Vəfa Quluzadə: “Ordumuz hazır vəziyyətə gətirilməlidir”

  • Nida.az
  • 30 Aprel 2014 17:46
  • 849 Baxış
Vəfa Quluzadə: “Ordumuz hazır vəziyyətə gətirilməlidir”

“Ermənistan gah Şuşada parad, gah Dağlıq Qarabağda hərbi təlim keçirməklə müxtəlif provokasiyalarla məşğul olur”.

Bu barədə sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Publika.Az-a açıqlamasında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində keçirdiyi təlimlərə münasibət bildirərkən deyib.

V. Quluzadə hesab edir ki, hazırki vəziyyətdə Azərbaycana müxtəlif təzyiqlər olacaq: “Şimalda rus pasportlarının paylanılması, işğal edilmiş ərazilərdə manevrlərin edilməsi mesajdır. Lakin hesab edirəm ki, onlar heç bir şey edə bilməyəcək. Ukrayna böhranı bitməyənə qədər Rusiya heç kimə hücum etməyəcək. Bu böhran da indi başlayır və Rusiyanın bu böhrandan necə çıxacağı məlum deyil. Hesab edirəm ki, ciddi narahatçılığa əsas yoxdur”.

Amma sabiq dövlət müşavirinin fikrincə Azərbaycan hazır vəziyyətdə olmalıdır.

“Ordumuz hazır vəziyyətinə gətirilməlidir. Buna qarşı cavab təlimlərinin keçirilməsinə ehtiyac görmürəm. Çünki Azərbaycan Türkiyə ilə Naxçıvanda təlim keçdi, ondan başqa NATO ilə bu təlim keçirilib. Lakin hər-halda hazır olmalıyıq”-deyə V. Quluzadə qeyd edib.

Qeyd edək ki, erməni hərbi birləşmələrinin təlimləri Ağdam rayonun işğal altında olan Uzundərə və Şahbulaq dağ massivində ağır artilleriya və zirehli texnikaların iştirakı ilə keçirilir.

Təlim zamanı açılan atəş və güclü partlayış səsləri Ağdam rayonu ilə yanaşı, Tərtər , Bərdə və Ağcabədi rayonlarında da eşidilir.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR