Sabiq nazir: “Rusiyanın Azərbaycandakı agentləri ifşa olunmalıdır”
Bizi izləyin

Nida.az

Sabiq nazir: “Rusiyanın Azərbaycandakı agentləri ifşa olunmalıdır”

Sabiq nazir: “Rusiyanın Azərbaycandakı agentləri ifşa olunmalıdır”

“KQB arxivləri açılmalı, Rusiyanın Azərbaycandakı agentləri ifşa olunmalıdır”.

Bu barədə sabiq daxili işlər naziri, istiqlalçı deputat İsgəndər Həmidov Publika.Az-a açıqlamasında deyib. Onun sözlərinə görə, agentlə kəşfiyyatçı ayrı şeylərdir: “Azərbaycanın xeyrinə baş ölkələrdə işləyən kəşfiyyatçılar gizli saxlanılmalıdır, lakin agentlərin kimliyini hər kəs bilməlidir. Qorxaq adamlar agent olur. Onlar bu ölkəyə heç nə edə bilməzlər. Bu gün etiraf etməliyik ki, Azərbaycanda KQB-nin agenturası işləyir və Şimaldan həmişə bizim üçün təhlükə var”.

İ. Həmidov qeyd edib ki, Rusiyanın Azərbaycana gəlməsini istəyənlər birmənalı şəkildə xalq düşmənidir.
“Rəhmətlik Sabirin bir sözü var: “Ay aman, bu rusbaşlar, gündən-günə çoxlaşdılar”. Bu gün rusiyapərəstlər ortaya çıxmaq üçün fürsət gözləyir”-deyə o bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm