“Çağ Öyrətim”- dən məhkəmə məsələsinə münasibət
Bizi izləyin

Nida.az

“Çağ Öyrətim”- dən məhkəmə məsələsinə münasibət

“Çağ Öyrətim”-dən məhkəmə məsələsinə münasibət

“Çağ Öyrətim” Vergilər Nazirliyini məhkəməyə verməsi ilə bağlı açıqlama yayıb.

Qurumun mətbuat xidmətindən Publika.Az-a daxil olan məlumatda deyilir ki, bir sıra internet xəbər portallarında Çağ Öyrətim İşlətmələri MMM-in Azərbaycan Respublikası Vergilər Nazirliyini məhkəməyə verməsi barədə xəbər yayılıb: “Azərbaycan Respublikası Konstitusiyasına, qanunvericiliyinə və nizamnaməsinə əsasən fəaliyyət göstərən Çağ Öyrətim İşlətmələri MMM-in daxil olduğu hüquq münasibətlərində hər bir hüquqi və ya fiziki şəxs kimi ortaya çıxan fikir ayrılıqlarını məhkəmə vasitəsi ilə aradan qaldırmaq hüququ var.
Təhsil müəssisələrinin əlavə dəyər vergisindən azad olunması ilə əlaqədar olaraq qanunda nəzərdə tutulan “təhsil müəssisələri” anlayışının hazırlıq kurslarına aid edilib-edilməməsinin məhkəmə vasitəsi ilə aydınlaşdırılması hüququndan istifadə etməsini başqa cür ifadə etmək, ictimailəşdirmək və təhlükə kimi göstərmək, hər bir kiçik məsələni böyüdərək gündəm formalaşdırma cəhdlərinin uzun müddətdir başlanmış bir kampaniyanın tərkib hissəsi olduğunu ictimaiyyətin diqqətinə çatdırırıq”.

Qeyd edək ki, bununla bağlı Publika.Az-ın sorğusunu cavablandıran Vergilər Nazirliyi bildirib ki, 2013-cü ilin oktyabr-noyabr aylarında “Çağ-Araz” MMC-də növbəti səyyar vergi yoxlaması həyata keçirilib, yoxlamanın nəticələri aktlaşdırılaraq vergi ödəyicisinə vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar çıxarılıbdır: “Məhkəmə mübahisəsinin predmeti şirkətin ali məktəblərə hazırlıq kurslarının təşkilindən əldə etdiyi gəlirlərindən vergilərin hesablanması ilə bağlıdır. Vergi ödəyicilərinin razı olmadığı hallarda vergi orqanlarının qərarından məhkəməyə şikayət vermək hüququ vardır və hazırda bu məsələ ilə bağlı hüquqi müstəvidə mübahisələndirmə prosesi davam edir” (http://publika.az/p/17534 ).

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm